kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

islama abdullayeva – bir diyarın eşqinə كلمات اغاني

Loading...

ey könül! min namə yaz bir gülüzarın eşqinə
can evindən seyrə çıx bir xoş güzarın eşqinə

hansı rəssamın əlilə canlanır dünya evi?
hər çəmən min qönçə açmış novbaharım eşqinə!

gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri
sən gülün eşqilə dillən, mən də yarın eşqinə

gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri
sən gülün eşqilə dillən, mən də yarın eşqinə
sən gülün eşqilə dillən, mən də yarın eşqinə
məcnun öz şurilə çox da aləmə səs salmasın
hansı namərd can əsirgər bir nigarın eşqinə?

gün keçir, dövran keçir, öz hökmünü vermiş zaman
ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!

insan oğlu can verər pərvanətək atəşlərə
düz sözün, düz ilqarın, düz etibarın eşqinə!

vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
mehri_ülfətdən yaranmış bir diyarın eşqinə!

vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
mehri_ülfətdən yaranmış bir diyarın eşqinə!…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...