kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

iradə ibrahimova – bilsən də, bilməsən də كلمات اغاني

Loading...

[bənd 1]
eşqinə, əhdinə çıxsan da yalan
yolları bağlasa yağış, qar, duman
əziz olacaqsan mənə hər zaman
qədrimi bilsən də, bilməsən də sən
əziz olacaqsan mənə hər zaman
qədrimi bilsən də, bilməsən də sən

könlüm hər itkidən sıxılan deyil
çinar meh əsməklə yıxılan deyil
dünyada məhəbbət yox olan deyil
qədrimi bilsən də, bilməsən də sən
dünyada məhəbbət yox olan deyil
qədrimi bilsən də, bilməsən də sən

[nəqərat]
səninlə ağlayıb, güləsiyəm mən
bu eşqi səninlə böləsiyəm mən
öləndə dərdindən öləsiyəm mən
qədrimi bilsən də, bilməsən də sən
öləndə dərdindən öləsiyəm mən
qədrimi bilsən də, bilməsən də sən

[bənd 2]
bu da bir sevgidir, bir məhəbbətdir
durna qatarıydı, dağıldı, getdi
deyərəm, bu da bir nağıldır, bitdi
qədrimi bilsən də, bilməsən də sən
deyərəm, bu da bir nağıldır, bitdi
qədrimi bilsən də, bilməsən də sən
[nəqərat]
səninlə ağlayıb, güləsiyəm mən
bu eşqi səninlə böləsiyəm mən
öləndə dərdindən öləsiyəm mən
qədrimi bilsən də, bilməsən də sən
öləndə dərdindən öləsiyəm mən
qədrimi bilsən də, bilməsən də sən

səninlə ağlayıb, güləsiyəm mən
bu eşqi səninlə böləsiyəm mən
öləndə dərdindən öləsiyəm mən
qədrimi bilsən də, bilməsən də sən
öləndə dərdindən öləsiyəm mən
qədrimi bilsən də, bilməsən də sən

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...