kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ilqar muradov – gözləyirəm كلمات اغاني

Loading...

[bənd 1]
sənsiz qalmışam nə vaxtdır
yanır hicranın ağ şamı
gözdən bir gilə yaş axdı
düşüb ayrılıq axşamı

[keçid]
bu sevdalı ocağı
dumanlar alıbdır
məhəbbətin sorağı
dodaqda qalıbdır

[nəqərat]
nurlu gündüzlərimin
həsrəti acı
nigaran xatirələr
dinər gecələr

ömürdən keçən hər an
sevgi möhtacı
gözlər görüş yeri
bizim küçələr

[bənd 2]
yatmış sevgini oyadaq
getsin bu ömrün yamanı
itmiş günlərə qayıdaq
bitsin intizar zamanı
[keçid]
bu sevdalı ocağı
dumanlar alıbdır
məhəbbətin sorağı
dodaqda qalıbdır

[nəqərat]
nurlu gündüzlərimin
həsrəti acı
nigaran xatirələr
dinər gecələr

ömürdən keçən hər an
sevgi möhtacı
gözləyirəm mən
hər səhər

nurlu gündüzlərimin
həsrəti acı
nigaran xatirələr
dinər gecələr
ömürdən keçən hər an
sevgi möhtacı
gözlər bizi
görüşlər
gözlər bizi
görüşlər

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...