kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ilqar muradov – bakı كلمات اغاني

Loading...

[bənd 1]
nəğmə kimi oxuyaram, bakım
səni ömrüm boyu
bir gül kim oxşayaram, bakım
səni ömrüm boyu

dağ üstünə qonan bakım
mənim duman şəhərimsən
dəniz öpər ayağını
bakım, sultan şəhərimsən

gilavartək ilıq məhrəm
şanı kimi şirin bakım
xəzri kimi dəliqanlı
xəzər kimi dərin bakım

[nəqərat]
sən dənizdən doğan günəş
sən dəryadan çıxan aysan
məhəbbətdən yapılmısan
özün boyda xan saraysan

köhnəlməyən nağılımsan
köhnə tanış, köhnə şəhər
dinləyərəm sirdaş kimi
hər küçəni axşam, səhər
mehmanına qucaq açan
bakım, həyan şəhərimsən
sevənləri qovuşduran
bakım, liman şəhərimsən

[bənd 2]
səni sevən səndən doymaz
sən bu yurdun ürəyisən
sən gözəllər şəhərisən
şəhərlərin gözəlisən

hər gün mənə bir ay gələr
səndən ayrı olsam, bakım
sənsən mənim könlümdəki
ən əbədi bayram, bakım

safım mənim, pakım mənim
arzu qədər əzəl bakım
taleyimin şəhərisən
bakı qədər gözəl bakım

[nəqərat]
sən dənizdən doğan günəş
sən dəryadan çıxan aysan
məhəbbətdən yapılmısan
özün boyda xan saraysan
sən ümidlər şəhərisən
arzu qədər əzəl bakım
taleyimin şəhərisən
bakı qədər gözəl bakım

sən ümidlər şəhərisən
safım, pakım, bakım mənim
təkim mənim, bakım mənim
məhəbbətim, bakım mənim

mehribanım, bakım mənim
məhəbbətim…
bakım mənim…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...