hiss (aze) – cəsarət كلمات اغاني
[bənd 1]
o qədər dərdlə, sərlə yüklənmişəm ki, gələn hər qram da dözülməz, ağır
həyat qəmli notlarda, hətta yağan hər yağış da hüzünlə yağır
“tək qalsan, üzülmə, çağır” deyənlərdir əsas üzənlər axı
bu qaçıb yorulan ürəyimin təridir, göz yaşlarımla gözümdən axır
məni boğan hər şey sənin əllərinlə yapışır sanki bərk yaxamdan
mənim olan hər şey sənin əlində, oluram sənsiz tərki_cahandan
donan arzular, bəlkə yağan qar
bahar gələcəkmi? hələ ki zaman var
ölsəm də, bil ki, sənli yaramdan
yaşayacaq sevgim hər iki zamanda
[nəqərat]
demə ki, “bura qədər”, yetər axı
bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
ya da mənim üzərimə vurub odu yandır
onda bəlkə bitər bu bitməyən əsarət
bu sevgidə qalıbmı cəsarət?
bizi bitmiş hesab et
necə geri dönək?
izah et, izah et
demə ki, “bura qədər”, yetər axı
bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
ya da mənim üzərimə vurub odu yandır
onda bəlkə bitər bu bitməyən əsarət
bu sevgidə qalıbmı cəsarət?
bizi bitmiş hesab et
necə geri dönək?
izah et, izah et
[bənd 2]
var hər gedişin dönüşü
bu səfər niyə dərd_sərə dönüşür eşq?
ya gəl danışaq görüşüb
ya da kəsib ataq hər şeyi bölüşüb
dərdi mənə ver, mənə, mənə
nədən ayrılıq qaranlıq elə mənə?
necə əl çəkim? izah elə
çevirim üzümü gedim, yaraşmaz axı mənə
buxarlı pəncərənin kölgəsi üstünə yazılıb adlarımız
bizi gözləyir bu qapıda, ikimiz, qurduğumuz o xəyallarımız
axı unuda bilmərəm onu ölsəm, onun nur üzünü bircə dəfə görsəm
necə yaralayıb ürəyi gedirsən, necə ağrı verir axı bir bilsən
[nəqərat]
demə ki, “bura qədər”, yetər axı
bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad еt
ya da mənim üzərimə vurub odu yandır
onda bəlkə bitər bu bitməyən əsarət
bu sevgidə qalıbmı cəsarət?
bizi bitmiş hesab et
nеcə geri dönək?
izah et, izah et
demə ki, “bura qədər”, yetər axı
bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
ya da mənim üzərimə vurub odu yandır
onda bəlkə bitər bu bitməyən əsarət
bu sevgidə qalıbmı cəsarət?
bizi bitmiş hesab et
necə geri dönək?
izah et, izah et
كلمات أغنية عشوائية
- viper › viper – motherfuck your record company كلمات اغاني
- disiz la peste › disiz la peste – best day كلمات اغاني
- priceless da roc › priceless da roc – yang straight [swagga right] كلمات اغاني
- bhale bacce crew › bhale bacce crew – imposteurs كلمات اغاني
- hip hop wieners › hip hop wieners – you smell awful كلمات اغاني
- joe kye › joe kye – farewell to i كلمات اغاني
- cliff richard › cliff richard – walking in the air كلمات اغاني
- oldelaf › oldelaf – sparadrap كلمات اغاني
- lolo en el microfono › lolo en el microfono – yo si soy rap كلمات اغاني
- rapsodie › rapsodie – sale journée كلمات اغاني