kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

h.o.s.t. alliance – esmeralda كلمات اغاني

Loading...

[bənd: qaraqan]
mənim esmeraldam, tətiyi bir az bərk sıx
son arzun _ bir qurtum su, yanağına bir az zər tök
payızdan sağ çıxantək yarpaqlar möcüzəydi
bu qədər gözəl qızın dilənməyi də möcüzəydi

möcüzəydi sanki fırıldaq bir sehirbazın illuziyası
gözəl idi sanki renesans dövrünün florensiyası
sürreal hər bina, hər daş, hər səki dumanlı örpək
gördüm və durdum, dondum, baxışlar, bir anlıq pəltək
barmaqlarıma qulaq as, tərs qələm, yaz, ancaq düzün yaz
payızdır, amma “bəzər çiçəklər qızın üzün” _ yaz
mənim əziz dilənçim, mənim yetim şahzadə qızım
danış mənə həyatını, danış ətraflı uzun

danış, necə sərxoş atan səni bir gecə küçələrə atdı
danış, necə soyuqdur səkilər, necə ağır həyatdır
danış çirk paltarından, üstündəki ləkələrdən
danış sevinc gəmini batıran qəddar ləpələrdən

mənə danış quru çörəyin dadından, əl açıb dilənməkdən
mənə danış bəzənmiş qızların yanında utanıb ölməkdən
mənə danış balaca bacından, mənə danış xəstə anandan
mənə danış yarısın səmimi, yarısın yalandan

gizlət məndən dükandan bir dəfə yaylıq oğurladığını
gizlət məndən hər nahar suya çörək doğradığını
gizlət məndən o gecə biqeyrətlərin sənə əl atmağını
gizlət məndən uşaqların sənə barmaq uzatmağını

gizlət məndən adını, mənə ruhundan danış
gizlət məndən iradəni, mənə qorxundan danış
mənə danış yuxularında gördüyün gəlin paltarından
mənə danış qaraçı nəslindən, vətən yurdundan danış

indi çox pis zamanə, yox, elə həmişə pisdir
sənin zümrüd gözlərin sevgi dolu, baxışın isti
mənim tüklərim indi biz_biz, həddi aşdım, keçdim
şahzadələr içində yorğun gözlər səni seçdi
indi mənə rəhm elə sən, qoy bir az mən danışım
danışım, pul çirki ilə bozarmış qəlbdən danışım
danışım boş otaqda üstümə gələn divarlardan
danışım var_dövlət adlanan dəmir hasarlardan

danışım çirkin cəmiyyətdən, bu qədər süni ətrafımdan
danışım diplom, şəxsiyyət vəsiqəsi, kağız həyatımdan
danışım nəzir qutusunun içində gizlənən allahımdan
danışım azadlığın pencəkaltı fəryadından

danışım günahlarımdan, savablarımı gizlədim
danışım dərin yaralarımdan, qanadlarımı gizlədim
gizlədim biləklərimi qara qan damara qarışarkən
gizlədim gözlərimi, yaşla dolub alışarkən

gizlədim səndən, köynəyin altında gümüş zəncirim var
gizlədim səndən, evdə məni gözləyən sevgilim var
yox olsun zaman, məkan, bir anlıq hər şey getsin
zümrüd gözlərin qara bəbəklərimin içində itsin

[nəqərat: qaraqan]
ey qız, məni qoyma yalqız, bitəcək bu dərdlər
qəlbimizdə ağrı, yandıranda bağrı
yolumuz da sonsuz, oxu mənə laylay
mənim esmeraldam, mənim esmeraldam
məni qoyma yalqız, bitəcək bu dərdlər
qəlbimizdə ağrı, yandıranda bağrı
yolumuz da sonsuz, oxu mənə laylay
mənim esmeraldam, mənim esmeraldam

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...