kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

h.o.s.t. alliance – azərbaycan كلمات اغاني

Loading...

[nəqərat: qaraqan]
laylay, azərbaycanım
laylay, vətənim, ana torpağım
laylay, xalqım, yazıq millətim, laylay
gözünü bağla, sənə şirin yuxular

laylay, azərbaycanım
laylay, vətənim, ana torpağım
laylay, xalqım, yazıq millətim, laylay
gözünü bağla, sənə şirin yuxular
[bənd 1: aid]
yat, başıbəlalı yuxulu xalqım…
nə qədər işıq salan yoxdur gözünə
nə qədər güvən yoxdur sözünə
lap doyunca yat

yer rahat olsun gərək, döşək verək
yerinin altı_üstü qızıl
gözünü dikənin gözünə qıfıl

“can vətən!”
sözünü demiş şəhidlərin məzarında
yer tapılar qazilərə də
kəfəni toxuyan dərzilərə də

amma sinəyə döyən millət
hər işi sonraya qoyan millət
səhər yeməyi yatağa gələcək
qarabağını sevən millət

sevgi yenə də sözdə deyilir
rüşvət artıq üzdə verilir
sabir söyən dövr sanki
hami yenə də yuxuda deyinir

hakimiyyət səhvdir _ deyilir
düz qərar çox sərtdir _ deyilir
amma dərdi yayan səbəb
bu millətə içdən gəlir
gözünün önünə kabus gəlir
bu millət cadulanıb
səhər çörəyə qurd yağını
axşam şəraba keçi qanını

qatıb xeyli iştahlanıb
nə qəribə vəziyyət alınıb?
ilanlar bogaza dolanır
zəhər saçan quyruğuyla

hörümçəklər öz torunda
çox qocalıb, ölmək bilmir
qış da gəlir, qar da yağır
şəhid çırağı sönmək bilmir

hədəfə yaxın millət
amma heyif, ancaq yuxuda millət
belə gözəl təmiz niyyət
olur içdə mütləqiyyət

qəlb keçirir əlinə sükanı
bayraq verir əmələ təkanı
adına ləkəni yaxır millət
səs salmayın, yatır millət

[nəqərat: qaraqan]
laylay, azərbaycanım
laylay, vətənim, ana torpağım
laylay, xalqım, yazıq millətim, laylay
gözünü bağla, sənə şirin yuxular
laylay, azərbaycanım
laylay, vətənim, ana torpağım
laylay, xalqım, yazıq millətim, laylay
gözünü bağla, sənə şirin yuxular

[bənd 2: qaraqan]
yat, başı bəlalı xalqım, yenə də yat
göz bəbəklərin də yuxulu
varını_yoxunu köpüyə sat

illərin yalançı tarixində
səyfələr çürük, ürək dözür
yaralar laxtalandı, əsirlər üzür

bozardı kütlənin üzü
yolu yolsuzların izi
bizə unutdurub bizi
çökəndə xalqımın dizi

yeri tozlar sovurdu
sordu qanını iyinə gələnlər
nə gəlir isti sabahlar
nə bitir soyuq dünənlər

nə vətən, nə də ki, bayraq arzusunda
qəlbim istərəm ki, kağızlarda
qanun əməllərdə olsun, gözlərəm

mən ümidi içdə gizlərəm
bu gün qələm, sabah silah
qarabağdan əvvəl
gəlin geriyə bakını qaytaraq

küçədə adamların üzündən yağır vəhşilik və qəm
bu nifrət içimizi yandırdı, biz nə dostuq, nə düşmən
nə kasıblarda var üsyan, nə varlılarda mərhəmət
nə ölümdən əvvəl sevinc, nə ölümdən sonra cənnət

[bənd 3: promete]
yat, başıbəlalı, yuxulu xalqım
damarlarını kəs və yat
çətin həyatı şirin yuxuya sat

əbədi yuxuya get
qanın sənə haramdır, o da tökülsün
bir kərə yüksələn bayraq endi min dəfə
hamı bilsin!

aç gözünü, vətəndaşım
azərbaycan yoxdur xəritədə
balaca nöqtə, əsrlərlə görən yoxdur

mircəfər bağırovlardan əvvəl
səfəvilərdən əvvəl, atropatdan başlamışdı
bütün saxta, hiyləgər əməllərin içində

rütbə davasında bamsı beyrəyin də
kələklərini gizlədi dastanlar
tökdü qanlar çaldıranda

uzaq mövhumat qurandan
yaxın slavyanlar, irandan xanlıqlar da qan tökəndə
vergilərçün ruslar hücuma keçdi

qanini içdik, ermənilərin əsrlərlə
biz də haqsız hücumlar etdik
qırdıq əsirlərlə

sovetlərdə ən tez girən və ən gec çıxan
elə bilirsiz 20 yanvar oldu sovetləri yıxan?!
soyuq müharibə, hər şey oldu usa_in əliylə
biz də elə bilirik bizim üsyan, bizim igidliklə

[nəqərat: qaraqan]
laylay, azərbaycanım
laylay, vətənim, ana torpağım
laylay, xalqım, yazıq millətim, laylay
gözünü bağla, sənə şirin yuxular

laylay, azərbaycanım
laylay, vətənim, ana torpağım
laylay, xalqım, yazıq millətim, laylay
gözünü bağla, sənə şirin yuxular

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...