kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

gülüstan əliyeva – dəyişmərəm كلمات اغاني

Loading...

[bənd 1]
hara getsəm, harda olsam
doğma torpaq çəkər məni
şirin dillə danışdığım
o qarabağ çəkər məni

mən kürümü, arazımı
başqa çaya dəyişmərəm
öz yayımı, öz yazımı
mən heç nəyə dəyişmərəm

mən üçrəngli bayrağımı
yüz bayrağa dəyişmərəm
türk əsilli öz xalqımı
heç bir xalqa dəyişmərəm
türk əsilli öz xalqımı
heç bir xalqa dəyişmərəm

[nəqərat]
sən bəxtimsən, azərbaycan
öz bəxtimi dəyişmərəm
öz andımı, öz sevgimi
öz əhdimi dəyişmərəm

mən bu elin balasıyam
şöhrətim bu torpaqdadır
əyilməz qız qalasıyam
qeyrətim bu torpaqdadır
qüdrətimsən, azərbaycan
mən vətəni dəyişmərəm
polad kimi oğulları
mən heç kimə dəyişmərəm
polad kimi oğulları
mən heç kimə dəyişmərəm

[bənd 2]
mən bu çölün, bu torpağın
mayasından yaranmışam
sıldırımlı qılınc dağın
qayasından yaranmışam

mən bu yurdu, mən bu eli
başqa yerə dəyişmərəm
öz bağımda açan gülü
başqa gülə dəyişmərəm

mən bu yurdu, mən bu eli
başqa yerə dəyişmərəm
öz bağımda açan gülü
başqa gülə dəyişmərəm

[nəqərat]
sən bəxtimsən, azərbaycan
öz bəxtimi dəyişmərəm
öz andımı, öz sevgimi
öz əhdimi dəyişmərəm
mən bu elin balasıyam
şöhrətim bu torpaqdadır
əyilməz qız qalasıyam
qeyrətim bu torpaqdadır

qüdrətimsən, azərbaycan
mən vətəni dəyişmərəm
polad kimi oğulları
mən heç kimə dəyişmərəm
polad kimi oğulları
mən heç kimə dəyişmərəm

qüdrətimsən, azərbaycan
mən vətəni dəyişmərəm
polad kimi oğulları
mən heç kimə dəyişmərəm
polad kimi oğulları
mən heç kimə dəyişmərəm

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...