kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

f’rhyme – soyuqqanlı olmaq üşüdür كلمات اغاني

Loading...

[“soyuqqanlı olmaq üşüdür” üçün mahnı sözləri]

[nəqərat]
var olduğumu düşünmək tez_tez tərcih elədiyim intihar yöntəmim
ağlamıram, baxmaqdan axmaqla edir imtina gözlərim
mənə atlanmağa bir bina göstərin
ya da maarifləndirə biləcək bir kitab göndərin
onu yandırım, isinim
soyuqqanlı olmaq üşüdür
tanrı daxil heç kim məndən iltifat gözləmir
var olduğumu düşünmək tez_tez tərcih elədiyim intihar yöntəmim
ağlamıram, baxmaqdan axmaqla edir imtina gözlərim
mənə atlanmağa bir bina göstərin
ya da maarifləndirə biləcək bir kitab göndərin
onu yandırım, isinim
soyuqqanlı olmaq üşüdür
tanrı daxil heç kim məndən iltifat gözləmir

[1_ci hissə]
çatmır göylərə səsimiz
nəsihətilə böyümüşük göy qurşağının nə olduğunu ağ_qara tv_lərdən öyrənən nəslin
günəşi görə bilmirik, başımızın üstünü göydələnlər kəsib
amma istəyirlər, güllər pöhrələnsin hər daim
mənim buynuzum uzanır
siz pinokkio_suz, burnunuz uzanır
çəkirəm bir paket duyğusuzluq sarıb
o da uydurub uzadır
anlayırsan ki, həqiqət bildiklərini kimsə götündən uydurub, qısası

[keçid]
mənə dəymə, qoy öz bataqlığımda eşələnim
çatsın öz adamlığımla cash_ə əlim
qalxsın göz qapaqlarım da, meşələri, dənizləri, çayları, dağları görüm, tanıyım

mənə dəymə, qoy öz bataqlığımda eşələnim
çatsın öz adamlığımla cash_ə əlim
qalxsın göz qapaqlarım da, meşələri, dənizləri, çayları, dağları görüm, tanıyım (yeah!)
[2_ci hissə]
xoşbəxtliyin ibadət sayıldığı ölkədə kafirəm
məni öyrədən dahilər yarı döngədə anidən qoyub qaçıb
köhnələr ölməyə tabelər
həyat təcrübələrini sıfıra bölməyə tab elər
problem məqsədsiz sabahlara açılan bu rutinə heç cür alışmamağımızdır
bizdən tələb olunan marağı itirməsinlər deyə izləyən uşaqlara bu filmin sonu haqda heç nə danışmamağımızdır
insan öz irqinin öləcəyini bildiyi an keçirdiyi şokun nəticəsi _ cənnəti yaradıb ki
qoy qaçsın buradan əlacsız qullar
qoy qaçsın buradan əlacsız qullar (yeah!)

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...