kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ferhat [az] – gecələr كلمات اغاني

Loading...

[bənd 1]
göydəki ulduzların içində
axtarıram yenə mən səni
necə silə bildin hər şeyi axı?
necə sən tək qoydun məni?

söz vermişdin qayıtmağa
gəldi payız, sən gəlmədin
hər göydən düşən yarpaq da
səbəbidir sınmış qəlblərin
[nəqərat]
sən gəl yuxuma
bir dəfə belə
yada sal hər xatirəni
gəl yuxuma yenidən
unudum mən qəm, kədəri

de mənə, nədir səbəbin?
bizi ayrılığa aparan
səni düşünmək necə də çətin gəlir
gecələr, gecələr
gecələr, gecələr
gecələr, gecələr

[bənd 2]
gəl, şəhərim dağınıq sənsiz
keçdiyimiz küçələr səssiz
səhərim gecələrim kimi yenə rəngsiz
gözlərim səni axtarır

bir toxunuşun soyuq ürəyimi isidir
sənin üzündəki təbəssüm mənə bəs edir
bu xəzərin səsi mənim qəlbimin səsidir
bu gecə yenidən

[nəqərat]
gəl yuxuma
bir dəfə belə
yada sal hər xatirəni
gəl yuxuma yenidən
unudum mən qəm, kədəri
de mənə, nədir səbəbin?
bizi ayrılığa aparan
səni düşünmək necə də çətin gəlir
gecələr, gecələr
gecələr, gecələr
gecələr, gecələr

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...