eyyub yaqubov – yenə o bağ olaydı كلمات اغاني
[bənd 1]
yenə o bağ olaydı
yenə yığışaraq siz
o bağa köçəydiniz…
biz də muradımızca
fələkdən kam alaydıq
sizə qonşu olaydıq
yenə o bağ olaydı
səni tez_tez görəydim
qələmə söz verəydim
hər gün bir yeni nəğmə
hər gün bir yeni ilham
yazaydım səhər_axşam
[nəqərat]
arzuya bax, sevgilim
tellərindən incəmi?
söylə ürəyincəmi?
yenə o bağ olaydı…
[bənd 2]
yenə o bağ olaydı
yenə sizə gələydik
danışaydıq, güləydik
ürkək baxışlarınla
ruhumu dindirəydin
məni sevindirəydin
yenə o bağ olaydı
yenə o qumlu sahil
sular ötəydi dil_dil
saçın kimi qıvrılan
dalğalara dalaydım
dalıb ilham alaydım
[nəqərat]
arzuya bax, sevgilim
tellərindən incəmi?
söylə ürəyincəmi?
yenə o bağ olaydı…
[keçid]
yenə o bağ olaydı
sevdalar ölkəsində
o söyüd kölgəsində
inci qumlar üstündə
yenə verib baş_başa
yayı vuraydıq başa
[nəqərat]
arzuya bax, sevgilim
tellərindən incəmi?
söylə ürəyincəmi?
hər gün bir yeni nəğmə
hər gün bir yeni ilham…
yazaydım səhər_axşam
yazaydım səhər_axşam
yenə o bağ olaydı..
yenə o bağ olaydı..
كلمات أغنية عشوائية
- shawn desman › shawn desman – green light كلمات اغاني
- sevin › sevin – greatest fear كلمات اغاني
- shayne ward › shayne ward – laying down my cards كلمات اغاني
- shyheim › shyheim – i declare war كلمات اغاني
- sheek louch › sheek louch – 2 tears in a bucket كلمات اغاني
- sha stimuli › sha stimuli – doe it for the doe كلمات اغاني
- shawn desman › shawn desman – trouble كلمات اغاني
- sevin › sevin – away we go كلمات اغاني
- shades of culture › shades of culture – shine كلمات اغاني
- in the midst of lions › in the midst of lions – the heart of man كلمات اغاني