kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

eyyub yaqubov – yağış كلمات اغاني

Loading...

yağış yağır bu şəhərə
gör nə gözəl bir gecədir
bir sən, bir mən bu şəhərdə
bir də yağışlı gecədir

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

bu gün göylər nəğmə deyir
ürəyində sözü varmış
bu məhəbbət nəğməsini
görən hardan bilir yağış?

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

bəlkə göylər bu torpağa
sevgisindən söhbət açır
yağış yağır, bu şəhərin
gözlərindən yuxu qaçır

bu şəhər də, bu yağış da
bu gecə də bizimkidir
bu gecədən bizə baxan
o səhər də bizimkidir
saçlarında, əllərində
damcıların parıltısı
qəlbimizə axıb gedir
bu yağışın pıçıltısı

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

bu gün göylər nəğmə deyir
ürəyində sözü varmış
bu məhəbbət nəğməsini
görən hardan bilir yağış?

yağış yağır, bu ki göyün
sevgimizə heyrətidir
bəlkə yağan yağış deyil
könlümüzün həsrətidir, həsrətidir

bəlkə göylər bu torpağa
sevgisindən söhbət açır
yağış yağır, bu şəhərin
gözlərindən yuxu qaçır

bu şəhər də, bu yağış da
bu gecə də bizimkidir
bu gecədən bizə baxan
o səhər də bizimkidir

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...