emil bədəlov – olmadı كلمات اغاني
[bənd 1]
[səidə]
yaramın üstünə
yara vurdun ki
vurduğun yara
üzə çıxmasın
gedərkən qarşımı
kəsib durdun ki
içimdə çəkdiyim
gözə çıxmasın
[emil bədəlov]
aldatma gözünün
yaşıyla məni
mən sənin önündə
uşaq deyiləm
vurasan xəyanət
daşıyla məni
bu qədər üzü
yumşaq deyiləm
[səidə]
sevdamın önündə
belimi bükdün
və söndüm qarşında
gül kimi çökdüm
[emil bədəlov]
nə dualar etdim
nə dillər tökdüm
ayrılıq qisməti
bizə çıxmasın
[səidə]
nə dualar etdin
nə dillər tökdün
ayrılıq qisməti
bizə çıxmasın
[nəqərat]
[emil bədəlov]
olmadı, olmadı
bu sevgi qismətim
və yandı
kül oldu
istəyim
niyyətim
[səidə]
olmadı, olmadı
bu sevgi qismətim
və yandı
kül oldu
istəyim
niyyətim
[bənd 2]
[səidə]
sən mənim qəlbimdə
sağalmaz yara
mən elə yanmışam
qalıbdır külüm
tərk edib sən məni
gedirsən hara?
ya məni də apar
ya da de, ölüm
[emil bədəlov]
sən mənsiz ölmərsən
yenə yaşarsan
mənsizlik həsrətin
bir gün aşarsan
qəlbimin ən dərin
yerində varsan
amma ki, əlinə
toxunmaz əlim
[səidə]
gedirsən, gedəni
saxlamaq olmaz
daha sənə könül
bağlamaq olmaz
[emil bədəlov]
ağlama, gözəlim
ağlama, olmaz
mənim nə sevgim var
nə də sevgilim
ağlama, gözəlim
ağlama, olmaz
mənim nə sevgim var
nə də sevgilim
[nəqərat]
[səidə]
olmadı, olmadı
bu sevgi qismətim
[emil bədəlov]
və yandı
kül oldu
istəyim
niyyətim
[səidə, emil bədəlov]
olmadı, olmadı
bu sevgi qismətim
və yandı
kül oldu
istəyim
niyyətim
كلمات أغنية عشوائية
- watergh0st › watergh0st – apathy كلمات اغاني
- mojojojo uk › mojojojo (uk) – rapping while wrapping كلمات اغاني
- kyle bent › kyle bent – rainbows كلمات اغاني
- hugo kant › hugo kant – come with me كلمات اغاني
- depeche mode › depeche mode – enjoy the silence (live in barcelona) كلمات اغاني
- four seven › four seven – rolling stones كلمات اغاني
- yma › yma – ventana كلمات اغاني
- the frogs › the frogs – know it all كلمات اغاني
- nella kharisma › nella kharisma – tresno sewates video call كلمات اغاني
- eluveitie › eluveitie – l’appel des montagnes كلمات اغاني