kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elvin nasir – oğlum كلمات اغاني

Loading...

sözləri:
[bənd 1]
qulaq as dinlə oğul, namazında möhkəm ol
namazında möhkəm ol. 6x

çətindir dünya oğul, enişli yoxuşludur
səni qaldırdığı yerdən, buraxıb yıxar əlbət
gördünkü yıxılmısan nə badə ağlayasan
bu dünya baxıb gülər, ağladıqca pəncərələrdən

dostunu düzgün seç, qoy evin yıxılmasın
çün birdə görürsən ki, dost keçirib boğazına kəndir
hər yanda gözün olsun, ayıq ol yatıb qalma
səni allahdan uzaqlaşdıran hər kəs düşməndir

nə badə aldanasan bu dünyanın ləzzətinə
fanidir dünya oğul, fanidir ləzzətidə
nə qədər yaxşı günün olsa, olar pis günündə
eşqidə görəcəksən, bəlkə də, həsrətidə

əyilmə qürurlu ol, nə mərdə, nə namərdə
xudaya səcdə elə, ol bir tək ona bəndə
nə badə bu dünyaya çaşıb deyərsən cənnət
o qədər qanlar axıb, gördüyün bu yaşıl çəməndə

çətindi dünya oğul, bu dünya hiyləgərdir
şirindir dünya malı, haram və halal tanı
uyma dünya malına, o qalar bu dünyada
əlləri bomboş idi basdıranda süleymanı
hədəfindən qaçma, cəhd elə yorulmadan
açılar bağlı qapı, içində iman olsa
sənə çox deyəcəklər fikirlərin geridə qalıb
sən həmişə irəlidəsən əlində qur`an olsa

vücudu çöldə olan qadınlardan uzaq dayan
onlarda sevgi olmaz, onlar günah saçar
şeytanın ən kəskin qılıncı onlardır
cahil qurban olar, aqil dönüb qaçar

və bir gün deyərlər ki, atan sənin dindar olub
dindarlıq avamlıqdır, sən yaşa həyatını
onların cavabın ver, hansı ata istəyər ki
övladı, avam kimi vursun başa həyatını

çox işdə pulun olsun, birdə ki, elm öyrən
nə qədər çətində olsan allaha şükür eylə
yardım et bacardıqca vicdanın oyaq olsun
fəqirin halına yan, içində zikr eylə

qoru öz millətini, qoru öz bayrağını
önündə müsəlmanda olsa satma torpağını
unutma şəhidləri, onlara salam denən
hər kəsə çatdır onların torpaq qorumağını

kərbala aşiqi ol, o böyük hikmətdir
qəlbində hüseyn olan, mərhəmətsiz ola bilməz
ki, orda olan hadisələr, ağladırsa səni
bu dünyanın qəmindən, gözlərin dola bilməz
çalış ki, qəlb qırma, heçkimin haqqına girmə
o zaman haqqın artıq olar haqq yanında
və heç vaxt haram yemə, yedinsə tövbə elə
səni məhv eyləyəcək zəərəsi olduqca qanında

və bir gün mən öləndə qulaq assan bu mahnıya
vaxt olsa qəəbrimə gəl, mənə bir fatihə ver
mənim üçün dua elə, ucadan bir salavat çək
namazında möhkəm ol, namazında möhkəm ol

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...