elvin nasir – ana كلمات اغاني
sözləri:
canım anam, damarda qanım anam
cənnət ayağlarındadır, gülüstanım anam
sənsiz dözməz ürək, allah ayırmasın
kədərin zülməti ilə keçər sənsiz anım anam
şöhrətim şanım anam,mənim ad sanım anam
nə qədər tikanlar bitib belə gülşənlərində?
sən ki bir ömrü fəda eyləmisən övladına
nə qədər əzab gizlənib saçının dənlərində?
ən gözəl xanım anam,cənnət hurisiən
sənin etdiyin dualarla ərşə çatdı başım
əlini səmaya aç, sən mənə dualar et
mən həmin dualarla yol dolaşım, dağlar aşım
ey sultanım anam, sənə qurbandı canım
atdığın addımların altına torpağ olaram
nə qədər qocalsam da ölümünə hazır deyiləm
bir gün ölsən əgər, mən necə sağ olaram?
sabahım danım anam,ey mənim dan ulduzum
səninlə olur sabah,səninlə günəş doğur
bircə an xəyalımdan ötsə sənin son nəfəsin
həmin zaman boğazda qəhər düyünlənir,boğur
dərdə dərmanım anam, nə olar tez getmə
mən səni qollarımda gəzdirərəm,of demərəm
o yeməklərdə sənin əllərinin ətri yoxsa
nə yaxın dayanmaram, nə də heç vaxt yemərəm
ey asimanım anam,nə gözəl görünürsən
gül üzün gülüstana güllərdən çox yaraşır
üzünün nuru bəsdi bu dünyanı aydın edə
susuram üzüm gülür, baxıram göz qamaşır
ey mənim canım anam,damarda qanım anam
cənnət ayağlarındadır,gülüstanım anam
sənsiz dözməz ürək, allah ayırmasın
kədərin zülməti ilə keçər sənsiz anım anam
كلمات أغنية عشوائية
- james reid › james reid – hello 2.0 (legends only) كلمات اغاني
- s10 › s10 – de diepte كلمات اغاني
- glad › glad – rely on your love كلمات اغاني
- banzai florist › banzai florist – dying/fading away كلمات اغاني
- emanuelle araujo › emanuelle araújo – uma mulher كلمات اغاني
- ms ooja › ms.ooja – パーフェクトボーイ (perfect boy) كلمات اغاني
- nina lobo › niña lobo – la vida de alguien كلمات اغاني
- almanegra › almanegra – llevarte كلمات اغاني
- lleflight pablo chill e gino mella › lleflight, pablo chill-e & gino mella – full pioli 2.0 كلمات اغاني
- coldish › coldish – matiz كلمات اغاني