kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elton hüseynəliyev – eşidirsənsə tələs كلمات اغاني

Loading...

[bənd 1]
kökləyib qəm məni sənsizliyə, ey çiçək
baxışım xırdalanır
hafizəmdə ən əziz xatirələr tərpənərək
yuxusundan oyanır

dəlilərtək coşub, əfqanə gəlir birdən ürək
bədənim parçalanır
istəyim bircə xudadan budur, çatsın sənə səs
eşidirsənsə, tələs, eşidirsənsə, tələs

[bənd 2]
ciddi cəhd ilə dönüb min dəfə baxdım geriyə
səhv olub harada, nədə?
ümid etdim bütün ömrü, yetərəm vəslə deyə
sənsizəm, gəl, hələ də

ruhumu qəhqəhələrlə qəm alır çərçivəyə
qalıram məngənədə
dustağam hicrə, dağılmır ki, dağılmır bu qəfəs
eşidirsənsə, tələs, eşidirsənsə, tələs

[nəqərat]
əlinə dəysin əlim
sən danışdıqca, gülüm
qoyma həsrətdən ölüm
eşidirsənsə, tələs
əlinə dəysin əlim
sən danışdıqca, gülüm
qoyma həsrətdən ölüm
eşidirsənsə, tələs

şaxta vurmuş ürəyim
arzulayır isti nəfəs
eşidirsənsə, tələs
eşidirsənsə, tələs

[bənd 3]
edə bilməz dağınıq saçlarının ətrin əvəz
gələ min gül qoxusu
səni andıqca vücudumda dönüb oldu mərəz
bu məhəbbət yuxusu, bu məhəbbət yuxusu

dilə tutdum fələyi, bəlkə bizə zülm eləməz
ələ keçmir yaxası
sənsiz ömür etməyə dünyada nə güc var, nə həvəs
eşidirsənsə, tələs, eşidirsənsə, tələs

[nəqərat]
əlinə dəysin əlim
sən danışdıqca, gülüm
qoyma həsrətdən ölüm
eşidirsənsə, tələs
əlinə dəysin əlim
sən danışdıqca, gülüm
qoyma həsrətdən ölüm
eşidirsənsə, tələs

şaxta vurmuş ürəyim
arzulayır isti nəfəs
eşidirsənsə, tələs
eşidirsənsə, tələs

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...