kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elton hüseynəliyev – dünya كلمات اغاني

Loading...

[bənd 1]
biri sevinən olur, biri üzülən olur
belədir dünya
o bizi yola salır, özü axıra qalır
tələdir dünya

aparır, aparır çoxlarını o uçuruma
nə cavana baxır, nə də qocaya
kimi bir əsrə, kimi bir aya

aparır, bir gün gətirdiyini bir gün aparır
kimi sonsuzluğa sürgün aparır
kimi ürəklərdə daim yaşayır

hələ kimsə bilə bilmir
dünya özü bilmir dünya haradır
haralara_haralardan bizə bir yol çəkir uzun_uzadı

[nəqərat]
dünya bütün arzuları dilədikcə biz
zamana buraxar unudar
nə qədər acı olsa da sevdiklərdimiz
dünya da qonaqdır budağa

dünya bütün arzuları dilədikcə biz
zamana buraxar unudar
nə qədər acı olsa da sevdiklərdimiz
dünya da qonaqdır budağa
[bənd 2]
daş olur ürəyimiz, yaş olur gözlərimiz
belədir dünya
yalanı şirin olur, inanırıq ona biz
tələdir dünya

nə üçün? nə üçün bu qədər əzab çəkirik?
gəlməyənin yoluna göz tikirik
geri gəlməyəcəyini bilirik

elə bil kəsilir həyat ömrümüzə qənim
nə sənin sözünə baxır, nə mənim
belə həyata mən nə deyim?

hələ kimsə bilə bilmir
dünya özü bilmir dünya haradır
haralara haralardan bizə bir yol çəkir uzun_uzadı

[nəqərat]
dünya bütün arzuları dilədikcə biz
zamana buraxar unudar
nə qədər acı olsa da sevdiklərdimiz
dünya da qonaqdır budağa

dünya bütün arzuları dilədikcə biz
zamana buraxar unudar
nə qədər acı olsa da sevdiklərdimiz
dünya da qonaqdır budağa

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...