kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elşad xose – uzaqlara كلمات اغاني

Loading...

[intro, xose]
kimə səs, kimə pul qaldı, kimə səs
kimə söz, kimə dil, kimə möhür

[1. verse, xose]
həyatıma rəng qatan bir yenilik
bəzən ürəkdən sevirik, amma bunu bilmirik
kimə səhv yol xoş gəlir, kimə düz
hər dəfə udmusan, bu dəfə uduz
qaranlıq otaq, mən bir də sükut
beyin səni yada salır, ürək deyir unut
ümid həmişə olardı, indi görmürəm
səni hər gecə öpərdim, indi öpmürəm
fikirlərim, arzularım dolub daşır, aşır başım
sanki bir ev, xəyallar onun sakinləri
iblisin əməli – pis, doymayan nəfs
vurulub sənə, mənə deyir sevgi bədii, xudahafis
amma mənim çiynimdəki mələklər
ölənə qədər mənə kömək edəcəklər

[nəqarat, elnarə]
apardı uzaqlara, məni gözlərin
gedirəm sənsiz hara?!
söylə könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

[2. verse, xose]
iblis salır yağışa, mələk verir çətir
iblisdən gələn üfunəti mələk edir ətir
bəsdir, bəsdir, sanki axrıncı nəfəsdir
iblisin bir oynuna bax! bu nə həvəsdir?
hər gecə yuxudan əvvəl min arzu (yuu)
sən sanki alov, mən sanki su
sən sanki sübh, mən sanki gecə
ağlayaraq, yağdıraram, yağışı səhv edincə
mən sanki gecə, sən sanki səhər
təbiət elə edib ki, görüşə bilmərik
sevinc içində olsada bütün şəhər
çox heyif ki, biz səninlə sevinə bilmərik
yaradan bizim sevgimizə çəkdi xətt
çətin bir də bundan sonra, oyana bəxt
ey, mələklərim hardasız?
qaçaraq, qoyduz məni darda siz…

[nəqarat, elnarə]
apardı uzaqlara, məni gözlərin
gedirəm sənsiz hara?!
söylə könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

[outro, xose]
hər gördüyüm qızda sanki səni görürəm
aramızda olan divarı yerə sökürəm mən
sanki bulud, göz yaşım – yağışdır, tökürəm…
məndə yaşamaq istərəm, heyif ki, ölürəm..
heyif ki, ölürəm (x4)
(gəl sevgilim)

[nəqarat, elnarə] (x2)
apardı uzaqlara, məni gözlərin
gedirəm sənsiz hara?!
söylə könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...