kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elnarə xəlilova ft. elşad xose – uzaqlara كلمات اغاني

Loading...

bənd 1 (elşad xose)
(2004) ( bir, iki, bir, iki, bir, iki)
kimə səs, kimə pul, kimə səs, kimə pul
kimə səs, kimə pul qaldı, kimə səs
kimə söz, kimə dil, kimə möhür

həyatıma rəng qatan bir yenilik
bəzən ürəkdən sevirik, amma bunu bilmirik
kimə səhv yol xoş gəlir, kimə düz
hər dəfə udmusan, bu dəfə uduz
qaranlıq otaq, mən, bir də sükut
beyin səni yada salır, ürək deyir “unut”
ümid həmişə olardı, indi görmürəm
səni hər gecə öpərdim, indi öpmürəm
fikirlərim, arzularım dolub daşır, aşır başım
sanki bir ev, xəyallar onun sakinləri
iblisin əməli – pis, doymayan nəfs
vurulub sənə, mənə deyir sevgi bədii, xudahafiz!
amma mənim çiynimdəki mələklər
ölənə qədər mənə kömək edəcəklər

nəqarat (elnarə)
apardı uzaqlara məni gözlərin
gedirəm sənsiz hara?!
söylə, könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

bənd 2 (elşad xose)
iblis salır yağışa, mələk verir çətir
iblisdən gələn üfunəti mələk edir ətir
bəsdir, bəsdir, sanki axrıncı nəfəsdir
iblisin bir oynuna bax! bu nə həvəsdir?
hər gecə yuxudan əvvəl min arzu (yuu)
sən sanki alov, mən sanki su
sən sanki sübh, mən sanki gecə
ağlayaraq yağdıraram yağışı səhv edincə
mən sanki gecə, sən sanki səhər
təbiət elə edib ki, görüşə bilmərik
sevinc içində olsa da bütün şəhər
çox heyif ki biz səninlə sevinə bilmərik
yaradan bizim sevgimizə çəkdi xətt
çətin bir də bundan sonra oyana bəxt
ey mələklərim, hardasız?
qaçaraq, qoyduz məni darda siz…

nəqarat (elnarə)
apardı uzaqlara, məni gözlərin
gedirəm sənsiz hara?!
söylə könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

bənd 3 (elşad xose)
hər gördüyüm qızda sanki səni görürəm
aramızda olan divarı yerə sökürəm mən. (gəl, sevgilim)
sanki bulud, göz yaşım – yağışdır, tökürəm…
məndə yaşamaq istərəm, heyif ki, ölürəm… (gəl, sevgilim)
heyif ki, ölürəm (gəl, sevgilim)
heyif ki, ölürəm
heyif ki, ölürəm, ölürəm, ölürəm, ölürəm (gəl, sevilim)

nəqarat (elnarə)
apardı uzaqlara, məni gözlərin
gedirəm sənsiz hara?!
söylə könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

apardı uzaqlara, məni gözlərin
gedirəm sənsiz hara?!
söylə könül həmdəmim
qəlbimə vurdu yara sənin sözlərin
qorxuram yalqız qalam, gəl sevgilim…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...