kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

cavidan fatihi – mənə bircə məktub yaz كلمات اغاني

Loading...

[bənd 1]
mənə bircə məktub yaz
getdiyin o uzaqdan
həsrət qoxusu çəkim
sətir_sətir varaqdan

yaz, o təzə evindən
dənizi görürsənmi?
uzanıbmı saçların
yenə tək hörürsənmi?

[nəqərat]
yaz, tükənib hər şeydən
darıxırsanmı sən də?
düşürəmmi yadına
saçın külək öpəndə?

yaz, tükənib hər şeydən
darıxırsanmı sən də?
düşürəmmi yadına
saçın külək öpəndə?
öpəndə, öpəndə, öpəndə…
[bənd 2]
yaz, yenə sən güləndə
batırmı sol yanağın?
de, gələcəkmi sonu
bu sərsəm darıxmağın?

mənə bircə məktub yaz
yaz ki, bilim necəsən
buz kəssə o məktubun
yandıraram, üşüsəm

[nəqərat]
yaz, tükənib hər şeydən
darıxırsanmı sən də?
düşürəmmi yadına
saçın külək öpəndə?

yaz, tükənib hər şeydən
darıxırsanmı sən də?
düşürəmmi yadına
saçın külək öpəndə?
öpəndə, öpəndə, öpəndə…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...