brilliant dadaşova – sevəcəyəm de كلمات اغاني
[bənd 1]
bir söz söylə, susma yenə
ehtiyacım var səsinə
bilirəm ki, zəng edirsən
haradansa mənə
nəfəsini eşidirəm
susacağını bilirəm
nə deyim ki, danışasan?
bəlkə mən deyim “sevirəm”?
bir söz söylə, susma yenə
ehtiyacım var səsinə
bilirəm ki, zəng edirsən
haradansa mənə
nəfəsini hiss edirəm
susacağını bilirəm
nə deyim ki, danışasan?
bəlkə mən deyim “sevirəm”?
[nəqərat]
bax gözümün önündə
dayanmısan yenə
susma, “sevəcəyəm” de
gəl, bu həsrəti ovut
qəm, qüssəni unut
susma, “sevəcəyəm” de
[bənd 2]
sığınmışam xatirənə
nə deyərlər zəng edənə?
bir söz demək bu qədərmi
ağırdır sənə?
unutmadın, demək məni
unutmaq olmur sevəni
cəsarətin heç yoxdurmu?
mən deyimmi sevdiyini?
sığınmışam xatirənə
nə deyərlər zəng edənə?
bir söz demək bu qədərmi
ağırdır sənə?
unutmadın, demək məni
unutmaq olmur sevəni
cəsarətin heç yoxdurmu?
mən deyimmi sevdiyini?
[nəqərat]
bax gözümün önündə
dayanmısan yenə
susma, “sevəcəyəm” de
gəl, bu həsrəti ovut
qəm, qüssəni unut
susma, “sevəcəyəm” de
bax dayanmısan yenə
gözümün önündə
susma, “sevəcəyəm” de
gəl, bu həsrəti ovut
qəm, qüssəni unut
susma, “sevəcəyəm” dе
bax gözümün önündə
dayanmısan yenə
susma, “sevəcəyəm” de
gəl, bu həsrəti ovut
qəm, qüssəni unut
susma, “sеvəcəyəm” de
كلمات أغنية عشوائية
- mojo nixon › mojo nixon – ain’t got no boss كلمات اغاني
- dave stewart › dave stewart – what is wrong with me? كلمات اغاني
- yung martyfact › yung martyfact – maybach كلمات اغاني
- great grief › great grief – ivory (lie) كلمات اغاني
- jamorie risin › jamorie risin – the grandma seat (nah nah nah) كلمات اغاني
- sarah mary chadwick › sarah mary chadwick – when will death come كلمات اغاني
- m a n metal band › m.a.n (metal band) – don’t wake up كلمات اغاني
- sciacato › sciacato – panda rmx siciliano كلمات اغاني
- luedji luna › luedji luna – extra كلمات اغاني
- dareyes de la sierra › dareyes de la sierra – el principio y el fin كلمات اغاني