kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

brilliant dadaşova – hicran كلمات اغاني

Loading...

[bənd 1]
içən günlər keçdi, getdi
doğrudanmı hər şey bitdi?
ürək bizə üsyan etdi
nə mən dindim, nə sən dindin

dodaq susdu, göz ağladı
payız qışı soraqladı
şaxta vurdu, buz bağladı
nə mən dondum, nə sən dondun

[nəqərat]
çarxı fələk etdi xəta
hicrandan olarmı əta?
yəhərlənmiş qoşa ata
nə mən mindim, nə sən mindin

bilməm ürək necə dözdü
canımızı həsrət üzdü

[bənd 2]
kölgə çökdü gözümüzə
kül ələndi üzümüzə
bənzəmədik özümüzə
nə mən məndim, nə sən səndin
hicran min cür oyun qurdu
kim əl qatdı, kim buyurdu
kədər cumdu ordu_ordu
nə mən yendim, nə sən yendin

[nəqərat]
çarxı fələk etdi xəta
hicrandan olarmı əta?
yəhərlənmiş qoşa ata
nə mən mindim, nə sən mindin

bilməm ürək necə dözdü
canımızı həsrət üzdü

çarxı fələk etdi xəta
hicrandan olarmı əta?
yəhərlənmiş qoşa ata
nə mən mindin, nə sən mindin

çarxı fələk etdi xəta
hicrandan olarmı əta?
yəhərlənmiş qoşa ata
nə mən mindim, nə sən mindin

bilməm ürək necə dözdü
canımızı həsrət üzdü

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...