kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music – ucuzvari كلمات اغاني

Loading...

ucuzvari lyrics
[bənd 1]
ucuzvari geyim_keçim, ucuzvari brendlər
ucuzvari insanlar var, ucuzvari sifətlər
ucuzvari bina, tikilib ucuzvari s_m_ntlə
ucuzvari həyat, seminar, ucuzvari biletlər

sən də gecələr yatma, say ulduzları diləklə
gündüzsə heç nə olmamış kimi ucuzvari gül_əylən
sanma ki, böyük eşqlərə gərəkdir mirvari ürəklər
yaraşmayanda bahalı geyim də ucuzvaridir əyinə

günəş səndən gizlənir qürubda bilərəkdən
göylərin ətəyin boyayırsa bulud sarı bir rəngə
deməli axşam düşür artıq, sonra gecə yaxınlaşır
və deməli dərdlərin vaxtı çatıb hüdudlarına gəlməyin

bəs tutduğun arzular, ucuzvarimi səncə?
hardasa ruhun tənhadır, gedənə “qal” demisənsə
sevmək yorucudur bir az eşqin uc_bucağı bitəndə
ümidin ölür dəyərli hisslər ucuzvari gələndə

[nəqərat]
yenə qorxulu yuxu, yenə təlaş içimdə
birdən gerçək olarsa
yenə ümidsiz ifadə asılıb üzümdən
bəlkə kömək olarsan
özümü tapmağa, günəşə çatmağa
bakıdan qaçmağa, yolu qısaltmağa
birgə qataraq həyatıma maraq
uca dağlara cığırlar açaraq

[bənd 2]
bu şəhər məni təkliyə alışdırdı, mənəvi ağrılara alışdırdı
ən bəsit halıyla yox, düşünərək dərinliyinə enib
orda işığı tapmağa, fikrimi yormağa alışdırdı, yolumu qarışıdırdı

düzünü desəm, əvvəlki gümrahlığım da qalmayıb
səhər dururam, yorğunçuluq, axşam yorğunçuluq
ətrafımda baş verənlər qəti marağımı cəlb eləmir
uzun müddətdir ki, fırladıram insanlıq borcumu

hara kimi gedəcək bu yaşam, hara kimi gedəcək yol?
güzgüdə bir kəs var, çoxdan bezmiş həyatdan
o qədər gərgin deyiləm əslində, gülümsəyirəm az_çox
daha kədərli gəlmir danışmaq keçmiş həyatdan

çox yordum özümü fərqli münasibətlərdə
fərli duran sifətlərlə fərqli cür ünsiyyətlərdə
tozlanıb hamısı rəflərdə, soxum dövrün vədlərinə
adam yaşamaq istəmir baxanda yaşam şərtlərinə

[nəqərat]
yenə qorxulu yuxu, yenə təlaş içimdə
birdən gerçək olarsa
yenə ümidsiz ifadə asılıb üzümdən
bəlkə kömək olarsan
özümü tapmağa, günəşə çatmağa
bakıdan qaçmağa, yolu qısaltmağa
birgə qataraq həyatıma maraq
uca dağlara cığırlar açaraq

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...