badclause music – qürur كلمات اغاني
[nəqərat] [tarlanthis]
səni bir asiman eşqinə göylərə uçuran sevgi
görəsən qaldırarmı səni indi yenidən göylərə?
sus, çək əllərimi üstündən sən, tez get ki
gələndə qürurunu tək mənmi atacam yerlərə?
[bənd 1] [badclause]
sənin yerini verən yoxdur burda
nə də ki, kimsə tutmur əllərimi
yağış da əvvəlkitək islatmır məni
tərkedişlərin, gedib də geriyə gəlməyin
yordu vərəqlərimi, daha yaza bilmir bu səfil
gələn_gedən bizi soruşur hər dəfə
mən bir cavab tapa bilmirəm
necə izah edə bilərəm ki, yaşatdığın yalnızlığı?
hisslər tərk etdi, onlara bir təhər çata bildim
hər ayrılıq incidir qəlbi, görüb inamın sarsıldığın
yalanlar idi bizi birləşdirən yeganə səbəb
bəlkə eşq həqiqətən gözümə pərdə asmışdı
həsrətim öldürdü ruhu, yanaşdın biganə mənə
sənlə dolan gözlərimdən üzümə qəm bulaşmışdı
[keçid] [badclause]
günlər ayırır bizi bizdən
bağışlasam belə, geriyə dönə bilmərəm yenidən
gələ bilmərəm yanına yenidən
sevə bilmərəm ki, səni mən
[bənd 2] [tarlanthis]
nədir səbəbi ayrılıqların?
bu qədər uzaqlaşdırır bizi
nədir səbəbi qürurumun?
hansı bəhanədir ki, soyudur əllərimizi?
köhnə şeirlərin xatiri qalıb ağlımda
unutdurmur səni
bəlkə bu mahnı yanaqların isladır
yorğun səsim ağrıdır qəlbini
hərdən düşünürəm ki, mənə dönsən
necə siləcəm olub keçənləri…
qış günündə günəşə həsrətəm
yaşada bilmirəm solan bu gülləri
[keçid] [tarlanthis]
qəm keçir, birtəhər keçir
indi hər seçim yanlış tərəfdədir
illər keçir, kimsələr gedir
dəyəri qalmır daha geri gələnlərin
[bənd 3] [badclause]
bu hisslər sənçün heç bir şey ifadə etmir
və dəyəri qalmayıb artıq keçən o gözəl günlərin
şeirlər bəs eləmir, bir piyalə yetmir
təsvir etmək üçün baxışların, üz cizgilərin
dodaqların dodaqlarımdan nə qədər uzaqda qalıbdır ki
hiss edə bilmirsən sən ona toxunan göz yaşını
dərdimə dərman o yardır, könülə od salan
onsuz qeyd edəcəm deyəsən bu il ayrılığın dörd yaşını
göz yaşarır, baxanda torpaqda ayaq izlərinə
elə bil, onun gedişi məni bu torpağa basdırdı
gölməçə oldu gözlərim, daşdı son sətirlərimə
ilham pərilərim ağladı, mənə bu mahnını yazdırdı
[keçid] [badclause]
səhərdən gözləyirəm mən səni qəhərlə
neçə payız keçib sənsiz bu şəhərdə?
sevgin saxtalaşdı və
məhk_m elədi səni cümlələrimə
[nəqərat] [tarlanthis]
səni bir asiman eşqinə göylərə uçuran sevgi
görəsən qaldırarmı səni indi yenidən göylərə?
sus, çək əllərimi üstündən sən, tez get ki
gələndə qürurunu tək mənmi atacam yerlərə?
كلمات أغنية عشوائية
- guil hunting › guil hunting – vittorioxgassman pt. 2 كلمات اغاني
- vicente fernandez › vicente fernández – el aplauso كلمات اغاني
- wincent weiss › wincent weiss – beigebracht zu lieben كلمات اغاني
- mc shahini › mc shahini – bir daha (remade) كلمات اغاني
- tragedy khadafi › tragedy khadafi – foul opus كلمات اغاني
- julia jean baptiste › julia jean-baptiste – empathie كلمات اغاني
- matsby marrrilina › matsby & marrrilina – синие (blue) كلمات اغاني
- isaias sillvah › isaías sillvah – neste lugar كلمات اغاني
- simon raymonde › simon raymonde – left untouched the flowers grow كلمات اغاني
- muze sikk › muze sikk – locked in كلمات اغاني