kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music – miri salam deyir كلمات اغاني

Loading...

[bənd]
birinci mövzu sevgi, filankəsin dərdiysə
özünü sınama heçkimlə, hər dəyməzə dəydinsə
“filankəs belə deyirdi” _ bezmişəm bu cümləndən
bir də əsəbləşdirmə, filankəsin… hər nəysə

bizimki bəlkə gedər sonra ağını çıxarmasan
hər temanın axırı var, amma gərək ki, sən uzatmasan
rəfiqəndən zəhləm gedir, amma yenə də onlardasan
adını çıxaran olmaz, inan köynəyini çıxarmasan

sən bir qıraqdasan, o vaxt bir qız vardı
asuya yazdığımlarıma da aşiq idi doymazdı
aytən kimi səbrli, şəbnəmtək gözəl gözlü
lalə qədər sevsəydin, heç getməyə qoymazdım

hər gün dava qırğın amma ki, sənə xoşdur
səni mənə görə tanıyanlar hər gün səni soruşur
dolaşır danışığım da, bax bədənim sərxoşdur
mənə sevgin safıydısa niyə deyirdin ev boşdur?

deyir öpmə boynumdan, görən olar ayıbdır
vuraram indi səni, amma ki, bilirəm ayıltmır
guya ki, unudub məni, sevmir, daha nifrət edir
gedib biriniz o qıza deyin,şərfimi niyə saxlıyıbdır?
hər günüm qayıbdır, şəxsidir bu qarışmırsan
sənlə maraqlanmasam inciyirsən, barışmırsan
aramız o qədər bomba deyil, nə olsun ki, danışmırsan?
mənlə eyni restoranda başqa stola yaraşmırsan

kimsə bizi barışdırsa, tap bəhanə get yenə
mənlə o qədər poxun var ki, açıb ortaya tökmürəm
aramızı vurdular, bax indi ayrı diyardasan
o vaxt mənə deyirdin ki, söysən belə getmirəm

etmə elə, et belə, sən öl heç nə olan deyil
onu yazsam bir_iki dəfə, gör nə hala qalar beyin
ad günüm olsa belə, bilirəm yada salan deyil
danışsan əgər həmin qızla, denən ki, miri salam deyir

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...