kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music – marron كلمات اغاني

Loading...

[bənd 1]
sәmimi deyil canımı alanlar
görәndә ki, gün çıxmır, ümid hissi dә batdı zamanla
güvәn mәni tәrk elәdi, yarı yolda qaldığım anda
gülüşün yaddaşımda, әl izlәrin qaldı masamda

sirr açanda baxışım zillәndi dodaqlarına
eşidәndә başqa ünvanda tapıb xoşbәxtliyi
yaşardı bir cüt göz, tәk bәhanә ”yollar” var
addım atmamağının özü qәhәrdir, inan, yol şәrt deyil

gördüyün bu әyyaş cavan sәni sevәn hәmin uşaq idi
sәn şeir gözlü gözәlim idin, şöhrәtimә şan idin
әhvalımı hәmişә pis görürdün, özün sәbәbkar idin
sevgi gecikmişdi, daha nә mәn, nә dә sәn var idin

kәdәr sәnәtkar idi, әn gözәl әsәr sən oldun
və nə isə cəlb eliyirdi məni soyuq nəzərinə doğru
görəsən, qəsdən uzaqlaşdın sən, ya səhvən oldu?
fərq etməz. ölüb sevgi, qalan əlamət əsər mən oldum

[nəqərat]
qәhvәyi gözlәrinin sәmasında
bir_iki qağayı süzәr qanadlarını
tam sәnә gәlәn yolların astanasında
qürurum tutar ayaqlarımı

qollarımız ayrılır bu gündәn
xatirәnlә solurdu o güllәr
xәyalıma gәlmişdin o gün sәn
olmur axı de hanı o günlәr?

[bənd 2]
xətrimə dəyirdi hər bir sözünün yalan olmağı
şəhvətə boyun əydilər, amma sevgini sayan olmadı
yalnızlıq üzsüz gəlir, doğma görür yad olanları
sən məni məndən aldın, amma səni mənə alan olmadı

adın möhürlü dәrdә. əhvalım hәr nә qәdәr
pis olsa belə mesajlarda gülürdüm hərdən
yalan dedilәr, içdәn istәsәn dә olmur
xoşbәxtliyә gedәn yol keçmir әrәbcә cümlәlәrdәn

bizi ruhdan saldı seçimlər
“əlvida” dillərə dastan, sevgi qaldı sətirdə
şək!llərimizi silsən də, kitabı tullama heç vaxt
gözüm yollarında yazılarımsa qan tər içində

sənə fәrq elәmәz, sevgilisi ya sevgisiyәm
ağlına gələndə belə, salam verdim tanımadın sәn
o mesajı yazmazdım, biraz әvvәlә qayıda bilsәm
özgәyә hәyat olma, birisi sәni yanında xәyal edirsә

[nəqərat]
qәhvәyi gözlәrinin sәmasında
bir_iki qağayı süzәr qanadlarını
tam sәnә gәlәn yolların astanasında
qürurum tutar ayaqlarımı

qollarımız ayrılır bu gündәn
xatirәnlә solurdu o güllәr
xәyalıma gәlmişdin o gün sәn
olmur axı de hanı o günlәr?

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...