badclause music – bülleten كلمات اغاني
[bənd 1]
yenə həmən sfera, yenə həmən dilemma
çıxış yolunu tapmayan yeniyetmə əl atır intahara
yar olmaq asansa, yaralıya bir dəfə yar ol
hamı düzgün sevgi axtarır, heç kim demir _ məndə var o
dünya buraxıb özünü, yox çərçivə, yox nə qanun
… yol çoxdur getməyə, amma yox işıq tutanım
dedilər mənə ki, yaz_yarat, inan çoxalan dərd azalır
o qədər şeir yazdı, amma heç gülə bilmədi bu zalım
həyat döyüş, udan yoxdur, uduzur hamı
mənliyin uduzan insanlar var, neynirəm pul uduzanı?
biləyi bükülməyən kəsi də kimsə pulla vurub uzadır
padşah utanmır, icmada qul qızarır
düşün, otur, düşün_daşın gör ki, sən busanmı?
bu qədər əziyyət çəkmişik, səhv eləmişiksə bəs düz hanı?
popçuların içində “ture”luqdan rep usanıb
qızdan zaddan yazacam çarpayımda tək uzanıb
[nəqərat]
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
[bənd 2]
boyayıb gözlərimizi, nə yoxdursa, var dedilər
həqiqət axtarışına çıxanlara yad ünvan dedilər
oxu tar, oxu tar _ dedilər, oxu qurtar dedilər
dözə bilmədi elinalar, tək yol intihar dedilər
başa düşmür səhvini, dəyir ağlın küt yerinə
efirdə qalmaqal salır, düşür səhər bülleteninə
bu ölkədən necə sənət gözləyim axı mən?
uğur halal deyil, sənətçi verirsə produserinə
xeyir üçün, ya şər üçün, axı, susmuşuq nələr üçün?
vicdan, insaf, ədalət yox, öldürmüşük hər üçün
artıq real hip_hop, true yemir innovativ gənclər çün
kütlə itirir anlayışını dildə ancaq cənq_cünq
tufana bel bağladınız bu badi səbada
sizə görə “new generation” – “panamera”, “90’s” – “самокат”
ayağım qandallıdır, çiyində yük, əlimdə çamadan
gedirəm həqiqəti tapmağa, siz sağ, mən də salamat
[nəqərat]
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir!?
كلمات أغنية عشوائية
- bill monroe › bill monroe – i am a pilgrim كلمات اغاني
- national anthems › national anthems – panama national anthem كلمات اغاني
- kinks › kinks – life goes on كلمات اغاني
- bill monroe › bill monroe – goodbye old pal كلمات اغاني
- national anthems › national anthems – papua new guinea national anthem كلمات اغاني
- kinks › kinks – got love if you want it كلمات اغاني
- bill monroe › bill monroe – i saw the light كلمات اغاني
- national anthems › national anthems – south africa national anthem كلمات اغاني
- bill monroe › bill monroe – walk softly on this heart of mine كلمات اغاني
- national anthems › national anthems – lesotho national anthem كلمات اغاني