kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aşıq samirə – sozaloğlu (popurri) كلمات اغاني

Loading...

[bənd 1]
səni gördüm, aşiq oldum
səni gördüm, aşiq oldum
ay yarım, ay yarım
ay yarım

səni gördüm, aşiq oldum
səni gördüm, aşiq oldum
ay yarım, ay yarım
ay yarım

[nəqərat]
ədə sozaloğlu
ədə yarım, şirin canım
ay sozaloğlu
ədə yarım, şirin canım
ay sozaloğlu

[bənd 2]
ox atdım, oxladım səni
heyran oldum, sevdim səni
eşq oduna saldım səni
ox atdım, oxladım səni
eşq oduna saldım səni

[nəqərat]
ədə yarım, şirin canım
ay sozaloğlu
ədə yarım, şirin canım
ay sozaloğlu

mənim yarım, şirin canım
ay sozaloğlu
mənim yarım, şirin canım
ay sozaloğlu

[bənd 3]
elçilərin yan_yana
hə deyirəm mən sana
elçilərin yan_yana
gəlin olacam anana

[nəqərat]
ədə yarım, ədə yarım
ay sozaloğlu

ədə yarım, ədə yarım
ay sozaloğlu

mənim yarım, şirin canım
ay sozaloğlu

mənim yarım, şirin canım
ay sozaloğlu

[bənd 4]
bu gecə toy gecəsi
üzü gülür dostların
təbrikə gəlir size
qohumları, yadları

sevinir bəyin anası
sevinir gəlin anası
yaxılıbdır əllərə
toyun əlvan xınası

qoy gəlsin oynamağa
oğlan dəsti, qız dəsti
qoy yayılsın aləmə
bu toyun gözəl səsi

çal, aşıq, telli sazdan
ruhani döndərməsi
gəlsin balabandan
gözəl naz eləmə rəqsi

[bənd 5]
cilvələnib nə qarşımda durmusan?
cilvələnib nə qarşımda durmusan?
aman, sənə qurban, ay sarıköynək
özüm sənə heyran, ay sarıköynək
mələksən, çıxmısan cənnət bağından
mələksən, çıxmısan cənnət bağından
heç kim olmaz sənə tay, sarıköynək
hamı sənə heyran, ay sarıköynək

sarıköynək, sarıköynək
sarıköynək, sarıköynək, hey!
özüm sənə heyran, ay sarıköynək
görən sənə qurban, ay sarıköynək

[bənd 6]
doymaq olmur işvəsindən, nazından
doymaq olmur işvəsindən, nazından
fərə, kəklik kimi xoş avazından
fərə, kəklik kimi xoş avazından

yel vurdu, ürbəndi atdı üzündən
yel vurdu, ürbəndi atdı üzündən
elə bildim doğub ay, sarıköynək
özüm sənə heyran, ay sarıköynək

balam_balam, ay balam
quzu balam, ay balam
sarıköynək balam
tərlan balam, ay balam

sarıköynək yarım
sarıköynək yarım
sarıköynək yarım
sarıköynək yarım

gəl, yarım, gül, yarım
gəl, yarım, gül, yarım
hey, hey, hey, hey, hey…
hey!

[bənd 7]
bir gözələ aşiq oldum
səhərçağı gəzə_gəzə
bir gözələ aşiq oldum
səhərçağı gəzə_gəzə

düşdüm eşqin dəryasına
düşdüm eşqin, hey dəryasına
ala gözü süzə_süzə
ala gözü süzə_süzə
ala gözü süzə_süzə, ay balam
ala gözü süzə_süzə

[bənd 8]
vurğunuyam bu diyarın
aşiqiyəm gözəl yarın
vurğunuyam bu diyarın
aşiqiyəm gözəl yarın

oxusun şən mahnıları
oxusun şən mahnıları
pənah eli gəzə_gəzə
pənah eli gəzə_gəzə

aşıq pənah gəzə_gəzə
aşıq samirə gəzə_gəzə
oxusun şən mahnıları

[bənd 9]
əzizim aydın olsun
ay doğsun, aydın olsun
əzizim aydın olsun
ay doğsun, aydın olsun

bu gün gözəl bir toydur
gözünüz aydın olsun
bu gün gözəl bir toydur
gözünüz aydın olsun

[nəqərat]
gəl oyna, gül oyna
gözəl gəlin, sən oyna
gəl oyna, gül oyna
ay tazə bəy, sən oyna

gəl oyna, gül oyna
gözəl gəlin, sən oyna
gəl oyna, gül oyna
ay tazə bəy, sən oyna

[bənd 10]
əzizinəm biz gələk
sazlı_sözlü biz gələk
əzizinəm biz gələk
sazlı_sözlü biz gələk

oğullu_qızlı olun
toylarına biz gələk
oğullu_qızlı olun
toylarına biz gələk

[nəqərat]
gəl oyna, gül oyna
gözəl gəlin, sən oyna
gəl oyna, gül oyna
ay tazə bəy, sən oyna

gəl oyna, gül oyna
ay qaynana, sən oyna
gəl oyna, gül oyna
ay qaynata, sən oyna

[nəqərat]
deyirəm, ay bəy, toyun mübarək
deyirəm, ay gəlin, toyun mübarək
deyirəm, ay bəy, toyun mübarək
deyirəm, ay gəlin, toyun mübarək

[bənd 11]
mən aşiqəm boyuna
qamətinə, boyuna
ay mən aşiqəm, ey boyuna
qamətinə, boyuna

gəlib aşiq samirə
gəlib sənin toyuna
gəlib aşiq samirə
ay bəy, sənin toyuna

[nəqərat]
deyirəm, ay bəy, toyun mübarək
deyirəm, ay gəlin, toyun mübarək
deyirəm, ay bəy, toyun mübarək
deyirəm, ay gəlin, toyun mübarək

deyirəm, ay bəy, toyun mübarək
deyirəm, ay gəlin, toyun mübarək
gəlin hamımız ürəkdən deyək
ay subaylar üçün olsun
o toylarınıza da biz gələk

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...