kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aşıq samirə – gözələ كلمات اغاني

Loading...

[bənd 1]
canımı qurban eylərəm, bir belə tərlan gözələ
hal bilən, şirin gülən, dosta mehriban gözələ
boy uca, gərdən mina, zülfü pərişan gözələ
dolanır mürği_ruhum, olubdu mehman gözələ

[nəqərat]
xəstəyəm, yalvarıram həkimi_loğman gözələ
həkimi_loğman gözələ
xəstəyəm, yalvarıram həkimi_loğman gözələ
həkimi_loğman gözələ
[bənd 2]
gözəl xanım cilvələnib gözəllərin xası kimi
görəni məcnun eyləyir leylinin sevdası kimi
ala gözlər şölə saçır göyün sürəyyası kimi
çəpkəni hər rəng çalır peyğəmbər xirqası kimi

[nəqərat]
baratdı behişdən gəlib, geydirib qılman gözələ
geydirib qılman gözələ
baratdı behişdən gəlib, geydirib qılman gözələ
geydirib qılman gözələ
[bənd 3]
fələkdən gileyliyəm mənə günü qara verib
fələkdən gileyliyəm mənə günü qara verib
mömini zəlil eyləyib, suri günahkara verib
tərlanı sara yazıb, tər qönçəni xara verib
ələsgəri məcnun edib, meylini dağlara verib

[nəqərat]
tərk eyləyib ibadəti, bağlayır dastan gözələ
bağlayır dastan gözələ
tərk eyləyib ibadəti, bağlayır dastan gözələ
bağlayır dastan gözələ

[çıxış]
bağlayır dastan gözələ
bağlayır dastan gözələ
bağlayır dastan gözələ
bağlayır dastan gözələ

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...