kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

alimardan – yay yağışı (remix) كلمات اغاني

Loading...

[nəqərat: alimardan]
yay yağışı, hisslər qarışıb
mən susmuşam artıq
hisslər danışır…

yay yağışı, hisslər qarışıb
mən susmuşam artıq
hisslər danışır…
hisslər danışır…

yay yağışı, hisslər qarışıb
mən susmuşam artıq
hisslər danışır…
hisslər danışır…
[bənd 1: shirvan]
kədəri arxada qoyub addımlayıram irəli
həmin o bağçada qalıb o əllərinin izləri
səbəbsiz düşürəm dərdə hərdən
beyin deyir, düşünmə, əksi deyir bədən

qışda boşuna başını qat, ötür tüstü ilə zamanı
gecəni böl hecalara, xatırla hüsnü_camalı
önümdə xoş kadrlarım
sənin o damla göz yaşın edir
sərxoş xəyallarımı

bəlkə hər şeyi biz təzədənmi başlayaq?
zülmət içində gözlərin bir ziya
gəzdim mən çox diyar qəlbimdə ancaq ziyan
səni içimdə, burada məzara boğmağa belə razıyam

amma, çətin deyil _ bu mümkünsüzdür
çətin acılaşan üz gülsün
xülyalarımda alovlanır bir işıq
yadıma düşəndə sənin baxışın

[nəqərat: alimardan]
yay yağışı, hisslər qarışıb
mən susmuşam artıq
hisslər danışır…
yay yağışı, hisslər qarışıb
mən susmuşam artıq
hisslər danışır…
hisslər danışır…

[bənd 2: alimardan]
ata, sənin oğlun siqaret çəkir sənin kimi
içib dostları ilə əylənir gecə üçə kimi
yenə kimsə otaqda çəkir mənim şəklimi
səhər şəklə gülüb anlayıram səhvlərimi

mən süzdüm, içdim, gülümsədim
içkili olmayanda həyat gəlir bizə çətin
mən süzdüm, içdim, gülümsədim
göz yaşlarım mürəkkəb, ağlayıram sətir_sətir

hələ də qəlbimin arxasında heçnə yoxdur
gəzirəm yağış altında məni tüstü boğur
bu uzun yoldur bilirəm, çoxdandır bizi yorur
yol boyu yoldaşlarımdır artıq sevgi və qorxu

[çıxış: alimardan]
yağış apar məni
göz yaşlarımı sil
qalsın tək alın təri
mənlə sorğu aparır
tanrı, mənim günahım yoxdur
mən sadə bir bəndənin oğlu
oğlu, oğlu…
sadə bir bəndənin oğlu
oğlu, oğlu…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...