ali ashikar – bilirdik biz كلمات اغاني
[bənd 1]
bilirdim səninlə alınmaz bir ömürə yol olmaq
bilirdim sən olmasan, şeir olmaz, söz olmaz
bilirdim eşqin özünü o yanmadıqca köz olmaz
məni heç sevmədiyini səndən öncə bilirdim mən
bilirdim hansı cümlələr ki, üzünü güldürürdü
bilirdim cümlələr ki, sənin üçün özünü öldürürdü
bilirdim bir də alınmaz, amma mən gözləyirdim
və mənim gözlədiyimi görmədiyini bilirdim mən
bilirdim hər yalanın ömrü kimdə 40 gün olur
bilirdim əvvəlin də, sonranın da yoxdur sonu
bilirdim üzüləcəyini, salsam əgər gözdən onu
və onun itirəcəyi bir mən yox idi, bilirdim mən
bilirdim yaraşmırdıq nə sən mənə, nə mən sənə
bilirdim gec olacağını, illər öncə desən mənə
bilirdim “gəl” sözü düşməz səssiz gedənlərə
gedənlərin dönmədiyini gedənlərdən bilirdim mən
[nəqərat]
gözlərimdə qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar, aman…
nə yanar, nə sönər
nə də buz tutan əllərin
mənə geri dönə bilər, ah…
gözlərimdə qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar, aman…
nə yanar, nə sönər
nə də buz tutan əllərin
mənə geri dönə bilər, ah…
[bənd 2]
bilirdin nələri sevib, nələri sevmədiyimi sən
bilirdin əl_ələ verib əngəli məhv etməyi də
bilirdin görüş yerini, həyacanı hiss etməyi də
və mənim görüş yerinə getmədiyimi bilirdin sən
bilirdin ən gözəl hisslər yaşanır necə həvəslə
bilirdin hansı səbəblər ki, salır məni həvəsdən
bilirdin bilmədiyimi, ürək məndə dar qəfəsdə
və mənim qaçmaq istədiyimi həmişə bilirdin sən
bilirdin üşüdür səni əllərimin soyuqluğu
bilirdin isitmirdi məni sənsiz gündoğumu
bilirdin mənası yoxdur yozulan son yuxunun
çün sənin yuxularında olmadığımı bilirdin sən
bilirdin sonrakı peşmançılıq da fayda vermir
bilirdin qüsurlarını, görməsəm də səndə eybi
bilirdin tutulmasını kimlərin ki, səninlə eyni
ona görə özgələrdən özəlliyini bilirdin sən
[nəqərat]
gözlərimdə qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar, aman…
nə yanar, nə sönər
nə də buz tutan əllərin
mənə geri dönə bilər, ah…
gözlərimdə qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar, aman…
nə yanar, nə sönər
nə də buz tutan əllərin
mənə geri dönə bilər, ah…
كلمات أغنية عشوائية
- orlando freitas › orlando freitas – vingança do amor كلمات اغاني
- namess › namess – n.a.m كلمات اغاني
- mnstrm › mnstrm – trust (feat. basin) كلمات اغاني
- fuzati › fuzati – méridiens كلمات اغاني
- cash explorer › cash explorer – bitcoin كلمات اغاني
- marcelo bezerra › marcelo bezerra – ¿el amor no duele? كلمات اغاني
- toosii jewels › toosii & jewels – favorite song (remix) كلمات اغاني
- mirele › mirèle – забери мой свет (take away my light) كلمات اغاني
- lo stato sociale › lo stato sociale – filastrocca per un disco كلمات اغاني
- toxicdope › toxicdope – ни с места (don `t move) كلمات اغاني