kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

agharhyme – 10 il əvvəl كلمات اغاني

Loading...

[verse 1]
10 il əvvəl məhlədə top qovardıq ayaq burxulardı əl-qol qopardı
amma doymayardıq hey oynayardıq axşama qədər oynayıb qol atardıq biz
qoymayardı valideynlər çölə amma yol tapardıq
hər yeni ilin bayramı yolka, şaxta baba novruzda papaq atıb od qalardıq biz
həri çox maraqlı idi günlər nə şirin doğma andı
xatirələr, duyğular, arzularla ömürümün şirin çağları orda qaldı
tək qorxmayardıq yanımızda qohumlar doğmalardı
onlar bizə güvən yeri, qol-qanaddı, bəsləyib, əzizləyib bizi oxşayardılar

[hook]
hm.. 10 il əvvəl geri qayıda, həmin illəri yenə yaşayam
balaca uşaq 12 yaşı var, qəlbi yumuşaq təmiz daşıyar

[verse 2]
10 il əvvəl məhlədə top qovardıq, məhlənin bir tərəfində xostavardı
mən top atanda özümü borca saldım sındırıb şüşələri biri 10 manatlıq
çox avamdıq insanlara inanıb dost sanardıq
axşama qədər oynayıb 10 tamamda dostlara sağol deyib evə yollanardıq biz
çoxu zamanda məktəbə gedib dərsin son saatını playstation’ə görə biz qoyub qaçardıq
dərs yox, maraqlı bizə counter-strike’dı
çox idi qayıbım məktəb illəri amma yox idi qayğım
bu gün yoxdu qayıbım həyat məktəbində amma çoxdu qayğım mənim

[hook]
hm.. 10 il əvvəl geri qayıda, həmin illəri yenə yaşayam
balaca uşaq 12 yaşı var, qəlbi yumuşaq təmiz daşıyar

[verse 3]
10 il əvvəl sevgini onda daddıq, biz onda sadiq idik onda safdıq
ilk sevgimizə iki qolla bağlı idik amma ərə gedib bizi o’da atdı eh
ondan ötrü yeri gələndə biz özümüzü oda atdıq
neçə davada dalaşıb qol-qabırğaları ezdik, neçə razborka apardıq biz
“kaş olmayaydı bu görüş, gül saralıb solmayaydı”
deyə bir mahnı var idi onda anlamazdıq biz rep, hiphopla bağlı idik
amma indi anladım hər mahnının var min-bir anlamı
dindir adamı, bilki hamının qəlbinin dibində var sevgi dastanı

[hook]
hm.. 10 il əvvəl geri qayıda, həmin illəri yenə yaşayam
balaca uşaq 12 yaşı var, qəlbi yumuşaq təmiz daşıyar

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...