kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aeres consacres – ilham كلمات اغاني

Loading...

bağışla sevdim səni, aşdım devrimləri
içimdə yoxluğunun arxasınca heç kim gəlir
lütfün seçmiş məni, aynaya keçmir tənim
ürəyimə gülən sevgidən beynimə köçmüş qəmim

gözümdə bir sən varsan, bir də ki əzabların
yer üzünə düşən damladan torpağa fəzan qalır
sevgin`i yazammadım, aşiq qazanmadı
həsrət bitmədikcə gündən günə alar canı

çəkirəm ah, nalə, qəm – şərabını töküb badəmə
məcnunu dəli divanə edən leyli tək nişanəsən
eşqinə yıxılır qəfəsim, sənsiz pisdir nəfəsim
cahanda tək sevgisən, seçməm min bir həvəsi

nəqarət
susma vərəqlərim hazır, əlimdə qələmlərin yazır
ağacın yarpaqları məhəbbətlə kəpənəkləri asır
üzündə gecənin lampası – nurunu xatırladır ay
günəşin əritdikcə baxışlarımı xatırlanırsan
ağlım buludlarda qalıb, ancaq yanında dursa
qaçacaq hər yerdən ruhum sənə canım da çıxsa
bədənimi qırışdıran hissi töküb vərəqlərdə ütülə
qanımı axıt yayılsın qələmimə, ancaq körpə südünə
sus, bax, görməsinlər..aşiqə məndən danışın
can verən hər bir sətrim tüstüyə səndən qarışır

hər kəsə dilim laldır, əlim bilir nə yazdığını
parçalanmış ürəyə qaldı saçlarımın bəyazlığı
qurudub geydim bədənimi ipdən – sən asdığın
yaşadım gündüzləri, gecə gördüm tarazlığı

canımı can azdırır, gəl de həvəslə gələr
dizüstə iməkləyən körpə tək tələsmədəyəm
bülbül güllərə həsrətsə açar xəstə səhər
nə qədər uzağa uça bilər ki, quş qəfəsinə dəyər ?!

vücudda vəsvəsələr, qarışır səsimə zəhər
dodağımı tikib, belimi büküb, əlimi kəsməsələr..
canıma can səpələ, ömrümə yazacam səndən !
versin təkbir karin vərəqinə qan sərərəm

(nəqarət)

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...