kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

111zomb – dua كلمات اغاني

Loading...

hər kəs dünyaya gəlir anadan
sağ olsun yaradıb yaradan
seçməyi bacar ağı qaradan
xəyalllarım üçün çətin dayanam (2x)

yaxşı ol üzülməsin yaxınların
kənar edirəm paxılları
boş məsələlərə qatılmadım
əsl həyat anladar sənə nağılları

həyatın daim irəliləyir qatarı
bir gün elə aranı qatarıq
geri qaytarmaq olsa zamanı
birdə ötən günləri geri alarıq
həyatına rəng qat rənglə
telefonu alıb zənglər
çalışıram qaçım dərddən
fikirlərə dalıram hərdən

dəyişib artıq həyatımız
ayrı ayrıdı xyalımız
mübarizə aparırıq dayanmırıq
məni bu həyata inandırın

uçub gəzirəm buludlarda
bir gün mənidə unudurlar
heç olmasa bunu anla
göydən bizə baxır allah

bir gün sevinc bir gün qəm
arada dəyişir düşüncəm
problemlərə qarşı gülümsə
mən üzülürəm səndə üzülsən

hər şey istəyinə baqlı
məncə itmiyib insanlıq
qərarında ol israrlı
həyatda əsas olsun saqlıq

hələ öndədi gələcək
yenə birdə gələcəm
sətirlərimi ortaya tökəcəm
dünyadan hər kəs köçəcək
yalnız cavan qalırıq şək!llərdə
dayanmır dəyişir fəsillərdə
fikirlərim hamısı sətirlərdə
günahlar bəs kimlərdə

yazın ancaq göydələndən
səhv edib sizi göndərənlər
qaça bilmərsən söz tələmnən
səhvə getdi düz gələnlər

həyat həmişə deyildi şən
vəziyyət arada gərginləşər
anlayıram çox dərindəsən
dost olmuyacaq xeyirlə şər

çalışsaq dəyişsək dünyanı
ruhum olaşacaq hər yanı
sətirlər mənim dərmanım
özündən uzaq elə şeytanı(2x)

nəqarət:
hər kəs dünyaya gəlir anadan
sağ olsun yaradıb yaradan
seçməyi bacar ağı qaradan
xəyalllarım üçün çətin dayanam (2x)

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...