kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ya tosiba - keçi كلمات الأغنية

Loading...

[hissə]
ey camaat, biliniz, hiyləgər əyyarı mənəm
lotuyam, bambılıyam, könlünüzün yarı mənəm
mey mənəm, məsti mənəm, kaman mənəm, tarı mənəm
müxtəsər, siz biliniz hiyləgər əyyarı mənəm
bu bizim mürşüdümüz, bizsə onun qulpəçəsi
mahimiz, xurşudumuz, bizsə onun növbətçisi
hələ biz tək deyilik ki, vardır bizim kimiləri
(dam_daram_daram_daram, dam_daram_daram_daram)
bilmirəm, qüssə nədir, dərdi də qəmsiz yaşaram
məclisə girən kimi çıltıq vurub oynaşaram
yerdə rüstəmbaz olub göydə məyallaq aşaram
(dam_daram_daram_daram, dam_daram_daram_daram)
yerdə rüstəmbaz olub milçək kimi mən uçaram
od saçar aləm, əgər ağzını bir dəfə açar
qarğalar on ağacdan məni gördükdə uçar
(dam_daram_daram_daram, dam_daram_daram_daram)
mən əgər meydan edim, qəlbimdə qəmlər durular
o qədər güldürərəm, əlli bağırsaq qırılar
ləhcəmin şuxluğundan yerdə qoduqlar vurular
şir mənəm, pələng mənəm, bəbir xətakarı mənəm
böylə nəql eyləyir o sahibi xoş təbi nəvan
vardi bir padişahı _ zalimi qəddarı cahan
adı cüm_cüm, özü zalım, işi də fitnə_fəsad
bir sayaq kişi ilə taxta çıxıb aldı bir ad
məzluma rəhm eləməz, düstəngil idi
bilin, insan qanı içməkdə o, çox kamil idi
vardı şahın o zaman bir dənə qumral keçisi
gəzdirərdi onu əl üstə neçə qul pəçəsi
özü qaşqa, tükü məxmər, çulu atlasdan idi
qoşa buynuzları çəmbər kimi almaz idi
günlərin bir günü şah taxta çıxıb verdi qərar
ki sabah tezdən hami etməlidir əzmi şikar
üləmayu üzəyarı üdəv
neçə əmmamali qurşağlı ədalı üdəva
baş əyib cümləsi birdən onu təzim etdi
“keçi də sizlər ilə getməlidir” _ şah dedi
sübh oldu, doğdu günəş, hamı ordu atlandı
vurulub qoşa nağara hamı yola yollandı
hərəsi bir tərəfi seyr etdi, etdi, etdi
bütün ordu bu günü iynə yarım yol getdi
keçi ceyran kimi dağda qaçır
gah durur otlamağa, gah çəmənlikdə yatır
nigaran bir dənə qurd gəldi onun mənzilinə
neçə vaxtdandır bəri heç dəyməmiş ət dilinə
yetişəntək keçini dişinə çəkib par etdi
keçinin şövqü isə şah ürəyin yar etdi
şah bir nərə çəkib dağlara səs saldı, aman
hardasa gərək qurdu tutulub olsun əyan
salaraq bir kisəyə gəzdiriniz bazarı
qaparaq keçməsini götürüb vurun icbarı
hansı darvazada ölsə, onu tez cərimələyün
verməsə cəriməsini, çəkib çıxardın bəbəyün
arayıb bir dənə qurd tapdılar o gün çöldən
yazığı döydülər o qədər ki, düşdü dildən
məşədi, kərbəlayı, tüccar, hacı, mollabaşı
düşdülər qorxuya cür hamsının artdı təlaşı
verdilər rüşvəti sərbazlara saysız dinar
yıxılıb qapısında ölməyə qurd cəriməsi var
neçə təqdiri_qəza öz işini işlətdi
bir nəfər yoxsulu da bu dərd kiriftar etdi
binəvanın evini darmadağun eylədilər
“qurd ölübdür qapında cəriməsini ver” _ dеdilər
bu yazığın o cürə bircə keçisi var idi
döşü südlü özü ceyran kimi hey vazlar idi
sahibiylə kеçini çəkdilər şahın önünə
dedilər _ “şah sağ olsun! indi daha əmrin nə?”
şah əmr etdi ki, lazım deyil heç bir tədbir
bunların hər ikisi bircə döyüşsünlər bir
iki buynuz keçirib bu yoxsulun kəlləsinə
hamı əhsən dedi şahın bu cür hiyləsinə
yıxılıb bir neçə sərbaz onu məhmizlədilər
öz keçinlə duraraq üz_üzə toqquş dedilər
ay keçi, toqquş görək, toqquş görək, toqquş görək
gücünü biz də bilək, biz də görək, biz də görək
əhli_məclis bilin əmmada durub
əhli_məclis bilin əmmada durub
əhli_məclis bilin əmmada durub
əhli_məclis bilin əmmada durub
sahibiylə dolanıb oldu üzbəüz birdən
ildırım sürətiylə qalxdı o saat yerdən
qorxusundan kişi də tezcə yatırdı özünü
keçinin buynuzu gur eylədi şahın gözünü
bəli, hər kəs kasıba qazsa məzar, qazsa məzar
bu, yəqin, işdir onun lap özünə qismət olar!

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...