![kalimah.top](https://kalimah.top/extra/logo.png)
xanım ismayılqızı - qayıdışın mübarək lyrics
[giriş]
sənsiz keçən 30 il saçımızı ağartdı
ağır bir yükün altında qaldı kürəyimiz də
gözlərimiz kor oldu göz yaşının duzundan
lal quşlar yuvasını qurdu ürəyimizdə
əzablıydı dünyanı qolsuz qucaqlamaq da
44 gecə dualar elədik səs_səmirsiz
evindən_eşiyindən, əzizindən ayrılıb
böyük səfər dalınca getdi igidlərimiz…
[bənd 1]
torpaq – oğul ətirli, vətən – ana nəfəsli
30 ilin qürubu dönüb olub dan yeri
zamanın qanatdığı milli yaddaşımızdan
silib təmizləmişik xəyanətkar izləri
[nəqərat]
sən, ey qəhrəman şuşam
nəfəsindən öpürəm
30 ilin yükündən
azad olur bu kürək
bu gecə nəğmə deyir
qayıdışın eşqinə
və torpaq cavab verir
qayıdışın mübarək…
şuşam…
[bənd 2]
dünyamız əvvəlkitək fırlanır gecə_gündüz
var olsun bu uşaqlar, bu atalar, _n_lar
varsa xilaf çıxmayan öz andına, əhdinə
demək, həqiqi insan yer üzündə hələ var
[keçid]
indi daha gözəldir göy üzündə mələklər
qardaşlarım yol alıb tanrının hüzuruna
bu rəşadət işığı əsrlərlə çəkilməz
ölkəmin, şəhərimin üzərindən heç yana
[nəqərat]
sən, ey qəhrəman şuşam
nəfəsindən öpürəm
30 ilin yükündən
azad olur bu kürək
bu gecə nəğmə deyir
qayıdışın eşqinə
və torpaq cavab verir
qayıdışın mübarək…
şuşam…
[çıxış]
şuşam…
كلمات أغنية عشوائية
- yung teez-r - blood lyrics
- capsize - the same pain lyrics
- kayavibe - living single lyrics
- skinny al - hörst du die schüsse (promo track) lyrics
- klaus lage - 1001 nacht lyrics
- aluui - showerhead lyrics
- yung teez-r - psycho analysis track listing lyrics
- will sparks - stay up (till the morning) lyrics
- los amigos de culiacàn - el prohibido lyrics
- (hed) p.e. - shadowridge lyrics