
xanım ismayılqızı - ağla (canlı ifa) كلمات أغنية
[bənd 1]
mən səni gec tapdım, tez də itirdim
kaş ki biz səninlə heç görüşməzdik
ömrümə bir sevgi payı gətirdin
sevmək əzab imiş, bunu bilməzdik
ömrümə bir sevgi payı gətirdin
sevmək əzab imiş, bunu bilməzdik
hər günün qaranlıq gecəsi də var
ömür dediyimiz bu imiş, demə
bir gün görüşənlər bir gün ayrılar
ay ürək, sən də döz mənim dərdimə
bir gün görüşənlər bir gün ayrılar
ay ürək, sən də döz mənim dərdimə
[nəqərat]
ağla, ayrılığın gözünə ağla
ağla, məhəbbətin üzünə ağla
ağla, qəlbimdəki dözümə ağla
“mən səni sevirəm”, “mən səni sevirəm”
“mən səni sevirəm” sözünə ağla
“mən səni sevirəm”, “mən səni sevirəm”
“mən səni sevirəm” sözünə ağla
[bənd 2]
gecə günəş doğmaz göyün üzünə
sevinc gələ bilməz kədər gözünə
hərdən ağlayaram özüm_özümə
ürək üz çevirib baxmır sözümə
hərdən ağlayaram özüm_özümə
ürək üz çevirib baxmır sözümə
hər günün qaranlıq gecəsi də var
ömür dediyimiz bu imiş, demə
bir gün görüşənlər bir gün ayrılar
ay ürək, sən də döz mənim dərdimə
bir gün görüşənlər bir gün ayrılar
ay ürək, sən də döz mənim dərdimə
[nəqərat]
ağla, ayrılığın gözünə ağla
ağla, məhəbbətin üzünə ağla
ağla, qəlbimdəki dözümə ağla
“mən səni sevirəm”, “mən səni sevirəm”
“mən səni sevirəm” sözünə ağla
“mən səni sevirəm”, “mən səni sevirəm”
“mən səni sevirəm” sözünə ağla
[çıxış]
ağla, “mən səni sevirəm” sözünə ağla
sözünə ağla…
كلمات أغنية عشوائية
- mohombi - sex your body كلمات أغنية
- breach the void - falling كلمات أغنية
- djordje balasevic - racunajte na nas كلمات أغنية
- beth nielsen chapman - the path of love كلمات أغنية
- perseverance - silence my voice كلمات أغنية
- equinox ov the gods - gothic lullaby كلمات أغنية
- sleep serapis sleep - answers unquestioned كلمات أغنية
- david wilcox - come away to sea كلمات أغنية
- dew scented - condemnation كلمات أغنية
- gorgasm - decapitation sodomy كلمات أغنية