vüqar əbdülov - əsl dost كلمات الأغنية
[bənd 1]
deməyək dostlarımızdan beşi var
beşi varsa, hərənin öz işi var
deməyək dostlarımızdan üçü var
üçü varsa, hərənin işi_gücü var
məndən əvvəl də bir ustad dedi ki
insanın dostu olar bir ya iki
dostluq nədir? həyatın imtahanı
dostunu ağır, çətin gündə tanı
dost əgər dost qədrini bilmirsə
səninlə dərdin_qəmin bölmürsə
xoş günündə ürəyi gülmürsə
necə dostdur?
özünü sənlə bir arada bilmirsə
səni vaxtında oyada bilmirsə
addımına ayaq uzada bilmirsə
necə dostdur?
[nəqərat]
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
dost var ki, yol çıxırsan yoldaş olur
dost da var, sir verirsən sirdaş olur
dost var ki, çöldə sənlə vaxt keçirir
dost da var, evinə gəlir, qardaş olur
[bənd 2]
dost sözü cəmi bir hecalı olur
amma dostluq neçə mənalı olur
dost ki, dosta ürək bağlamayır
o tanışlıqdır, təmənnalı olur
qazanır səninlə ortaqlığına
qalxanda hər gün içir sağlığına
düşəndə çağırmır qonaqlığına
bu nə dostdur?
yaxşı gündə çağırır, tərif edir
nəyisə çox şişirir, təhrif edir
pis günündə gözləmək təklif edir
bu nə dostdur?
[nəqərat]
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
[bənd 3]
dostumun dostu da dostumdur mənim
bəlkə dostumdan da üstündür mənim
dostumun dostuna hörmət eləməz
həyatda birinci qəsdimdir mənim
dostumla dostluğu hər kəs bilsin
qoyma bir gün də belə əksilsin
dost gərək dostunun namus, şərəfin
özünki qədər müqəddəs bilsin
əks halda, zəifini düşmən də bilər
adına, ünvanına söz ötürər
“dostu kimdir ki, özü kimdir?” deyər
budur dostluq?
axsayanda, büdrəyəndə sevinər
tapdalar hörmətini, yerinə minər
gərək hər dostun olarsa çəkinər
budur dostluq?
[nəqərat]
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
dost_dosta tən gərək, tən gərək
tən olmasa, gen gərək, gen gərək
كلمات أغنية عشوائية
- walk the moon - smoke signals كلمات الأغنية
- bobby raps - different approach كلمات الأغنية
- gameboi - boy of mine كلمات الأغنية
- reaperxiii - family friendly snuff film. كلمات الأغنية
- one minute - dead كلمات الأغنية
- len (uk) - sumo كلمات الأغنية
- d3 & sulga - koca götler كلمات الأغنية
- st. mucus - battlefreak كلمات الأغنية
- sqty - zamieszany كلمات الأغنية
- big skeez - recognise كلمات الأغنية