
vəfa şərifova - uzaqlaşmaq istədim كلمات أغنية
(nəqarət)
bir ara səndən uzaqlaşmaq istədim
yavaş_yavaş kənarlaşmaq istədim
gördüm alınmır elə çox darıxdım
əlini tutub qucaqlaşmaq istədim
(bənd)
sən məni tək qoyanda dərd qəm yedim
səbr eləyib şeytana lənət dedim
başqa çarə yoxdur başka necə edim
zəmanəylə ayaqlaşmaq istədim
(nəqarət)
bir ara səndən uzaqlaşmaq istədim
yavaş_yavaş kənarlaşmaq istədim
gördüm alınmır elə çox darıxdım
əlini tutub qucaqlaşmaq istədim
(bənd)
bu eşq üçün yanıb_yanıb köz oldum
səni sevəndən el aləmdə söz oldum
səndən ötrü çoxuyla üz göz oldum
yaxınlardan uzaqlaşmaq istədim
(nəqarət)
düzdü səndən uzaqlaşmaq istədim
yavaş_yavaş kənarlaşmaq istədim
gördüm alınmır elə çox darıxdım
əlini tutub qucaqlaşmaq istədim
(bənd)
mən sənin fikrinlə oyandım hər gün
yaşamaqdan bezdim usandım hər gün
gəzdiyimiz yerdə dayandım hər gün
təsadüfən qabaqlaşmaq istədim
(nəqarət)
bir ara səndən uzaqlaşmaq istədim
yavaş_yavaş kənarlaşmaq istədim
gördüm alınmır elə çox darıxdım
əlini tutub qucaqlaşmaq istədim
(bənd)
əzab verib canımı almadın amma
sevirdin yanımda qalmadın amma
sən məni heç yadına salmadın amma
mən səninlə sorağlaşmaq istədim
كلمات أغنية عشوائية
- roadtrip - tokyo hotel كلمات أغنية
- jason roth - calls كلمات أغنية
- rocket rockers - pilihanku كلمات أغنية
- wafande - ulven kommer كلمات أغنية
- team spirit - teenage love كلمات أغنية
- capo plaza feat. ava - giovane fuoriclasse كلمات أغنية
- present paradox - masquerade كلمات أغنية
- enyukay - positivity pilot كلمات أغنية
- dvsn - nuh time / tek time كلمات أغنية
- sean slick - 97 flows كلمات أغنية