kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran - tələsir كلمات الأغنية

Loading...

[bənd 1]
küləklər şəhəri, şərqin əbədi qapısı bakı
səndə gizlənib milyon sirr, insan idrakı
sevgi məbədin xəzərə boylanan qız qalası
2005_ci il, payız, soyuq noyabr havası

yol kənarında taksi, yerli fm dalğası
yaşlı sürücü və bu mövzunun obrazı
bir oğlan səkidə durub düşüb təşvişə
o bu gün həyatında gedir ilk görüşə
gecikmək olmaz, tez çatmaq lazımdır bu gün
incitmək olmaz, suya batmaq lazımdır bu gün
tələsmək lazım, vaxt azdır, imkan yaranmış
soyuq külək kəsir əlin, o da qara çağırış

lap yağış olsa, qar olsa
yollarda tıxac, nəqliyyatçün dar olsa
hava soyuqdur, qızdırıcaq qəlbinin səsi
sürücü, oğlan, taksi… kimsə görüşə tələsir

[nəqərat]
tələsir, tələsir, tələsir, tələsir
fikirlər qanadında uçan bir insan
tələsir, tələsir, tələsir, tələsir
tələsir insanlar, tələsmir zaman

tələsir, tələsir, tələsir, tələsir
fikirlər qanadında uçan bir insan
tələsir, tələsir, tələsir, tələsir
tələsir insanlar, tələsmir zaman

[bənd 2]
bu həyat mənim! bu həyat bizim!
bu həyat nəfəsimizin, kölgəmizin!
bu həyat görüş, bu həyat sevgi
bu həyat yuxarıdan bizə bir vergi
sevdiyi qız sirrdir, bu adın mənası
həyatdan qoxlar o onun ətir, havasın
oğlanın beynindən keçər qarışıq fikirlər
saata baxdı, avtobusla gecikə bilər

sağ tərəfdə, iyirmi addımda durub maşın
vid_fasonundan taksiyə bənzəmir, qardaşım
oğlan yaxınlaşdı – “montinə apararsan?”
sonrasa bir az düşünüb – “dayı, 3_ə çatdırarsan?”

ikisi də razılaşdı, noyabr, küçələr
səkilərin qırağına yığılmış gölməçələr
piyadalar, ağaclar, şüşə vitrinlər
və bizi özü ilə görüşə çağıran tinlər

[nəqərat]
tələsir, tələsir, tələsir, tələsir
fikirlər qanadında uçan bir insan
tələsir, tələsir, tələsir, tələsir
tələsir insanlar, tələsmir zaman

tələsir, tələsir, tələsir, tələsir
fikirlər qanadında uçan bir insan
tələsir, tələsir, tələsir, tələsir
tələsir insanlar, tələsmir zaman
[bənd 3]
parkın önünə çatar_çatmaz təkərlər dirəndi
ödəniş edib oğlan, qapını açıb yerə endi
ani hərəkət, keçid, addımlar, səki
nə olar qız getməyib onu gözləyə təki

nə ki, adam vardır hamını gözdən keçirtdi
qız yoxdur, bəlkə gəlib, gözləyib, keçibdir
boşaldı qolları, siqareti yandırdı
ilk tüstü hansısa əl onu dayandırdı

bu an…
elə bil ki, dünyanı verdilər indi birdən ona
o gözlər qəm ovar, ömrü boyu həmdəm olar
dodaqlar nəm olar, ağlamaz daha səmalar
və yəqin ki, sevgisiz yaşaya bilməz insan olan

hiss dönməz simvola, çün onda o tilsim olar
o qıza sığınar, kənardan səhnə, sinema
parkda, izdihamda cütlük çətin gözə dəysin
hamı harasa qaçır _ böyük şəhər tələsir

[nəqərat]
tələsir, tələsir, tələsir, tələsir
fikirlər qanadında uçan bir insan
tələsir, tələsir, tələsir, tələsir
tələsir insanlar, tələsmir zaman

tələsir, tələsir, tələsir, tələsir
fikirlər qanadında uçan bir insan
tələsir, tələsir, tələsir, tələsir
tələsir insanlar, tələsmir zaman

tələssə də insan, tələsmir zaman
qaçsa da insan, tələsmir zaman
getsə də insan, tələsmir zaman
tələsir…

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...