uran - sadə qız lll كلمات الأغنية
[bənd 1]
xəyalında dönəndə qadın uşaqlıq illərinə
yada salanda yeniyetməlik cizgilərini
balaca otaqda böyük dünya haqda planları
həmin otaqda “öldülər” məhv edib qalanların
hər dəfə çalışır sinfini xatırlasın
yox mənası _ məktəb üzü görməyən qızı
tez ərə verməyi düşünmüşdür atası
çünki yeni qudanın pulunu kəsməzdi baltası
evin darvazası önündə kənd küçəsi
torpağa batmış daşlar, arx, toyuq_cücəsi
əyri_üyrü çəpər, sanki saçlar darağında
keçən məktəblilərə baxardı yol qırağında
on altı yaşı tamam olanda ona verdilər xəbəri
sən demə, elçi göndərib ər olmaq istəyən biri
razılıq verilib. onda bilmirdi ki, ata
hər şeyi öncədən bilib onu göndərib əməliyyata
[nəqərat]
həyat bunlardan gözəldir
zaman hər şeyi düzəldir
yaranı sarı işığa sarı
ağrıları qov, izləri qalır
həyat bunlardan gözəldir
zaman hər şeyi düzəldir
yaranı sarı işığa sarı
ağrıları qov, izləri qalır
[bənd 2]
unutmaq istədiyi gün
həyatı, cinsini, gücsüzlüyünü pislədiyi gün
zəiflik hiss elədiyi gün…
o axşam ana qalırdı qohum evində
və o gün atanın etdiyi iz buraxdı dərində
“ata nə edirsən, axı bu mənəm, sənin qızın!”
daha heç nə söyləmədi, çün yumuldu ağzı
sonra kişi getdi, qız səhərə kimi titrədi
balaca otağında dəfn olunmaq, basdırılmaq istədi
anası bilsə də, susdu. ana bilməməzliyi
ata qorxusundan heç kəs pozmurdu səssizliyi
bir gün səhər anası onu durğuzdu tezdən
həkimlə görüşməli, olmalıdırlar mərkəzdə
həkimə gələndə bilmişdi qız bunların mənasın
atası istəmişdi qızın bakirəliyinin bərpasın
“niyəsi” elçi göndərən yeni “yiyəsi“
ilk dəfə toy günü görəcəyi oğlana ərə gedəsi qız
[nəqərat]
həyat bunlardan gözəldir
zaman hər şeyi düzəldir
yaranı sarı işığa sarı
ağrıları qov, izləri qalır
həyat bunlardan gözəldir
zaman hər şeyi düzəldir
yaranı sarı işığa sarı
ağrıları qov, izləri qalır
[bənd 3]
bilirdi gəlin getdiyi evə fəhlə, kölədir
ana, xala, bibi üçün belə olubsa, bu belədir
“süpürgə olmalı” xalq dili ilə desək
qayınana burnuna toz, ayağına dəyməsin kəsək
bu günə kimi tanımadığının dözməli kaprizinə
vərdiş olmalı gecə içkili dönüşə, sürprizinə
əmr, göstəriş, tələblərə qulluq qonaq gələnlərə
iradlar _ ona “savadsız“ deyib danışırdılar savaddan
bir gün sabahdan hay düşdü evə
“doqquz aydır qalmır hamilə, saxlayırlar nə naminə?“
yeni “ailəsi“ üçün lazımsız əşyaya çöndü
sonra bildi _ o gün azad olduğu gündür
dönmədi ata evinə, xalaqızı qalırdı paytaxtda
o hər şeyi yığıb çıxır yola… elə o vaxtdan
qadın ancaq xəyallarında dönür bura
qəfəsdən qurtulan bir daha qayıtmaz dəmir tora
[nəqərat]
həyat, doğrudan, gözəldir
zaman hər şeyi düzəldir
yaranı sarı işığa sarı
ağrıları qov, izləri qalır
zorakılığa təslim olma
zorakılığa səssiz durma
yaranı sarı işığa sarı
özünə inam işin açarı
كلمات أغنية عشوائية
- tom ricci - solar plane كلمات الأغنية
- belligerent intent - lex-talionis is their cry كلمات الأغنية
- leche (cowpunk band) - speed battle haircut كلمات الأغنية
- mokara - como él no hay nadie كلمات الأغنية
- lil gornvevo - carro rojo كلمات الأغنية
- figaro [fin] - kasipallo كلمات الأغنية
- skiver - goddess كلمات الأغنية
- keaton henson - career day كلمات الأغنية
- ravenna golden - feel good كلمات الأغنية
- ife ogunwumiju - give me all كلمات الأغنية