kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran - qadınlar lyrics

Loading...

[bənd 1]
birisi bu tərəfə, o biri o birinə
birisi üzdə üzür, o birisi dərinə
birinə beyin lazım, birinə bədənin
birisi gətirəndir, birisi gedənin

birisi belə istər, o biri mədəni
birində ac hisslər, o biri “edəni”
biri “bad” söhbət, biri dərs deyir həyatdan
birini bəxtəvər oyatsan

[nəqərat]
gəlirlər onlar (gəlirlər)
gülürlər onlar (gülürlər)
mənə qalan olur ancaq təəssürat (hə)
min vərəq dolu təfsilat

gəlirlər onlar (gəlirlər)
gedirlər onlar (gedirlər)
sənə qalan olur ancaq təəssürat (hə)
pis olsa, ödənməz təzminat

[bənd 2]
bu, gözəllikdir, sanki öz əli ilə
yaradır onu eşq bəzəyi ilə
arası da vardır şeir, qəzəli ilə
amma nəsə oldu, indi təzələyirəm
bu birisi sirdir, sirr maraqlı
sirri ovlaram, necə şir maralı
yaxın duranda o nəfəsin daralır
sonra tərk edir, dünyan qaralır

sonra gəlir zülmət günlər
zinət sayırsan eşqi sən zillət içində
ancaq pəri olur peyda
keçirsən eyni keçiddən ayrı biçimdə

adamı məhv edir səhv salanda istəklə şəhvəti
oxşar nəğmədir fərqli səhnədə
yaxud eyni səhnədir
dünya dəyişir, amma tələblər köhnədir

[nəqərat]
gəlirlər onlar (gəlirlər)
gülürlər onlar (gülürlər)
mənə qalan olur ancaq təəssürat (hə)
min vərəq dolu təfsilat

gəlirlər onlar (gəlirlər)
gedirlər onlar (gedirlər)
sənə qalan olur ancaq təəssürat (hə)
pis olsa, ödənməz təzminat
[keçid]
gəlirlər onlar, bilirlər onlar
deyirlər, gülürlər onlar
sevirlər onlar, yenə də sonda
çevrilib gedirlər onlar

gəlirlər onlar, bilirlər onlar
deyirlər, gülürlər onlar
sevirlər onlar, yenə də sonda
çevrilib gedirlər onlar

[nəqərat]
gəlirlər onlar (ha_ha_ha)
gülürlər onlar (eh_eh_ey)
mənə qalan olur ancaq təəssürat (hə)
min vərəq dolu təfsilat

gəlirlər onlar (eh_eh_ey)
gedirlər onlar (oho_ho)
sənə qalan olur ancaq təəssürat (hə)
pis olsa ödənməz təzminat

[çıxış]
ödənməz

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...