uran - həyat gülməlidir كلمات الأغنية
[nəqarət]
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
gülməlidir
[skit]
heyo, millət, bizim həyatımız bəzən çox gülməlidir!
[bənd 1]
həyat gülməlidir _ bəzi problem deyilməlidir
bəziləri deyilməməli və gizlədilməlidr
bədbəxt dünyanın xoşbəxt insanı bilməlidir
nəyə sevinməli, nəyəsə kədərlənməlidir
əgər səni qovursa bir gün işdən rəisin
gülməli bir şey yoxdur, sadəcə tutub pisin
hirsin, əsəbin qalxmasın, bunun axırı şəkər
xəstə insan iynə_dərmana milyon tökər
hər bir şagird oxuyur ki, sonda olsun tələbə
hər bir tələbə çalışır imtahanda çalsın qələbə
hər bir imtahan keçirilirsə yüksək səviyyədə
bu bizə sərf etmir, boş keçməsin niyə də?
bununla başlayır _ məzunun gülməli iş axtarışı
var diplomu, var sənəti, amma boşdur başı
yaxşı, hesab edək ki, başında onun biliyi var
dirəyi, day_dayı var, demək onun çörəyi var
əgər kasıbın oğludursa, açacaq özünə “будка”
min bir xırdavat, paltar, “шмотка“, “куртка“
beş_üç manat çörək pulu, cib boş, ağız sulu
bizneslə birləşəcək tutduğu elmin yolu
biznes _ bizim dilimizdə desək al_ver
aidığını sat, satdığını at, sonda atdığını ver
stop! durun, gəlin zamanı geriyə döndərək
səhvlərimizi görək, ağlamayaq, hamılıqla gülək
[nəqarət]
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
[bənd 2]
iyirmi birinci əsr, artıq qulağımızın dibin kəsir
çox tələsir, sirrlər xəzinəsində qalmayıb sirr
bütün millət, hamılıqla birgə edəyin inkşaf
amma bu irəlliləyişdə var gülməli bir paraqraf
edirəm çürük_saf, nə finiş, nə də ki, start
hamı mobil telefon alır bizdə parta_part!
qalıram mat mən görərkən telefonu
onun var ”mafon”_u, mikrofonu, diktofonu
tualeti, həm sifonu, saksafonu, nə əvvəli, nə də sonu
tozsoran, paltaryuyan, televiziya
siqnalizasiya, k_n_lizasiya
səsi polifonik stereo olmalıdır guya
dümbələk boyda, həm bayram, həm toyda
”kyali minoquenin efir mahnısını qoy da”
telefon çox olsa da beynimizi dəng eləmir
sadəcə çoxusu ” вызов” atır, çoxusu zəng eləmir
nəzərinizə çatdırım yaman maraqlı bir məsələ
müraciət edir millətin doxsan faizi “ehsan_sel”_ə
sms göndərilir, bəzən tərs göndərilir
tv_də, radioda mesaj bəhsə_bəhs göndərilir
nömrələr ”зеркальный”, baxırsan görürsən əksin
vacib deyil mədə, telefon almağa tələsin
gülməlidir, çoxu olub bu balaca əşyaya xəstə
kontur yoxdur, amma zibildən bizdə dəstə_dəstə
[nəqarət]
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
[bənd 3]
demokratik inkişaf, istiqamətimiz avropa
diskotekalar, barlar, klublar _ oppa!
dilimiz əldən gedir _ da, net, no, yes
import, eksport, səkkiz_fara mersedes!
”belə maşın olmur!” _ olur, bizdə hər şey var
bircə sifətimiz qalıb mentalitetimizdən yadigar
xarici firma, mağaza, mini, super, market
avto_magistral yollara çəkəcəyik parket
etiket xarici, istehsal isə milli mal
amma belə mal alan sonda olur anormal
sökəyin qız qalasın, əvəzinə tikək təzəsin
yüz mərtəbəlisin, qoy beləsi şəhərimizi bəzəsin
ən sonda şəhərimizi sökək edək yeraltı
onsuz da üstü sürüşüb, yəqin qalıb altı
beş_altı yüz kilometrlik çəkək metro rayonlara
nəqliyyatlar çatdırmır, kömək lazımdır onlara
beləliklə, yaşayışımız əməlli_başlı səhnə
hər şey təzə, təzə məzə, məzə təzə, köhnə
həyat gülməlidir!
və mənə elə gəlir bunlar gizlədilməməlidir
sadəcə sakitcə deyilməlidir!
[nəqarət]
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
gülməlidir, nə qədər çox bilsək
səhvə yol versək, məsləhət görsək
gülməlidir, nə qədər istəsək
dünyanı düzəltsək, yenə də daş_kəsək!
gülməlidir!
كلمات أغنية عشوائية
- insane clown posse - insane killers كلمات الأغنية
- insane clown posse - if كلمات الأغنية
- insane clown posse - i'm not alone كلمات الأغنية
- insane clown posse - i'm coming home كلمات الأغنية
- insane clown posse - i stuck her with my wang كلمات الأغنية
- insane clown posse - i stab people كلمات الأغنية
- hilary duff - a day in the sun كلمات الأغنية
- insane clown posse - i don't wanna die كلمات الأغنية
- hilary duff - when the snow comes down in tinseltown كلمات الأغنية
- insane clown posse - i didn't mean to kill 'em كلمات الأغنية