uran - azərbaycanı tərk edərkən كلمات الأغنية
[giriş]
azərbaycanı tərk edərkən
keçirtdiyim hisslər haqqında
[nəqərat]
səmaya doğru gedir xəyallar (xəyallar)
aradabir sualtı qayalar (qayalar)
oralar mənə xain olarsa (olarsa)
yolumu açıq et, ay allah (ay allah)
görmürdüm neçə vaxtdır üzünü (üzünü)
onun qoynunda açdım gözümü (gözümü)
keçilən yollar dərs sayılar
yolumu açıq et, ay allah
[bənd 1]
getmək istəmirdim, inan ki
deyiləm əvvəlki uran kimi
sarılıb boğaza ilan kimi
nəsə saxlayır məni tərk edərkən ölkəni
elə bil kölgə qopur bədəndən
hava limanında kədərli
fikirlər _ uzaq uçan o çağlar
köhnə günlərim, köhnə uşaqlar
ağacından ayrı düşən toxum mənəm
azlığından əziyyət çəkən çoxun mənəm
küləyinlə, dənizinlə toxun mənə
doğmadır qoxun mənə, küçələrin yaxın mənə, ey vətən!
dadın qalıb damağımda
uçuş qabağı göz yaşı yanağımda
gəlmişdim təəssürat sorağı ilə
geri dönürəm mən keçib həyat sınağından!
[nəqərat]
səmaya doğru gedir xəyallar (xəyallar)
aradabir sualtı qayalar (qayalar)
oralar mənə xain olarsa (olarsa)
yolumu açıq et, ay allah (açıq et)
görmürdüm neçə vaxtdır üzünü (üzünü)
onun qoynunda açdım gözümü (gözümü)
keçilən yollar dərs sayılar (ah)
yolumu açıq et, ay allah
[bənd 2]
səyyahtək çıxsam da uzun yola (uzun yola)
özü də, həqiqət axtarışım uzun ola (uzun ola)
yenə də ruhum dönəcək hüzuruna (hüzuruna)
çün məzaradək şərikəm azarına
mən!
nəyi gördüm, nələr qaldı xatirimdə?
gördüm bayraq asılmış hər tinində
gördüm gecə_gündüz işləyən ataları
gördüm addımbaşı şəhid fotoların!
gördüm xeyirlə şərin bir gəlişini
gördüm böyük xalqın yaranış, dirçəlişini
gördüm görünməz tərəfini aysberqin
dəyişiklik az da olsa amma ki, var yəqin
az qızındım ata yurdun ocağına
istədim körpə olum dönüm ana qucağına
indi getməliyəm ardınca macəranın
baxıb yumuru pəncərədən deyirəm “xoşca qalın”!
hələlik!
[nəqərat]
səmaya doğru gedir xəyallar (xəyallar)
aradabir sualtı qayalar (qayalar)
oralar mənə xain olarsa (olarsa)
yolumu açıq et, ay allah (açıq et)
görmürdüm neçə vaxtdır üzünü (mən üzünü)
onun qoynunda açdım gözümü (mən gözümü)
keçilən yollar dərs sayılar (ah)
yolumu açıq et, ay allah
[çıxış]
yolumu açıq et…iradəmi möhkəm et…mənə səbir ver
كلمات أغنية عشوائية
- kata bel air - desert rose كلمات الأغنية
- aaron omar - most likely to succeed كلمات الأغنية
- leanback - that boom (k.i.z. - jimi blue rmx) كلمات الأغنية
- pih - fetus in fetu (autoportret) كلمات الأغنية
- jorge & mateus - mundo paralelo كلمات الأغنية
- uniq mic - l.g.o كلمات الأغنية
- crazy town - butterfly (as heard on herbie fully loaded) كلمات الأغنية
- gystere (frer200) - barry gibb كلمات الأغنية
- ill thoughtz - hate sleeping alone كلمات الأغنية
- checho - wit كلمات الأغنية