
tural davutlu - sənin üçün كلمات أغنية
nəqarət
burda bir insan darıxır sənin üçün
xəstələnib canı çıxır sənin üçün
yazıq olub divanə dərd əlindən
yollara həsrətlə baxır sənin üçün
bənd
xəbərdə göndərdim ürəyim ay ürəyim
dedimki sənsiz ölürəm qayıtmadın
cavabda göndərmədin heç ay ürəyim
dərdə düşən ürəyimi sən ovutmadın
bənd
özünü düşündün məni heç düşünmədin
düşünmədin sənsiz həyat əzab olar
nə halimi görmədin nə görünmədin
bir kərə görsən ürəyin xarab olar
nəqarət
burda bir insan darıxır sənin üçün
xəstələnib canı çıxır sənin üçün
yazıq olub divanə dərd əlindən
yollara həsrətlə baxır sənin üçün
bənd
gedən gedir getmək ona asan olur
getmisən hər yerdə sənin izin qalır
sənsiz hər addım başı bir ziyan olur
lap elə bil həyatımda gözün qalıb
bənd
bahar fəsli gəlib yenə yağış yağır
kövrəlirəm səmalara baxa baxa
mənsizlik sənə bir gün gəlsin ağır
axtarasan göz yaşların axa axa
nəqarət
burda bir insan darıxır sənin üçün
xəstələnib canı çıxır sənin üçün
yazıq olub divanə dərd əlindən
yollara həsrətlə baxır sənin üçün
bənd
gəl yenə mehriban olaq canım gözüm
biz axı bir can kimiyik yad deyilik
nə səndə güc qalıb nədə məndə dözüm
bu ayrılığa heç birimiz şad deyilik
bənd
kaş bu çətinliyimi yadıva salardın
gözdüyürəm dərmanı xəstələr kimi
kaş bu saat sən yanımda olardın
əzizdiyərdim səni körpələr kimi
nəqarət
burda bir insan darıxır sənin üçün
xəstələnib canı çıxır sənin üçün
yazıq olub divanə dərd əlindən
yollara həsrətlə baxır sənin üçün
كلمات أغنية عشوائية
- danny avila - we want your soul كلمات أغنية
- vũ ngọc anh (vnm) - gừng càng già càng cay كلمات أغنية
- paton - milano كلمات أغنية
- alex exists - with a bang كلمات أغنية
- rahums - רחומס - thick of it if ksi was telling the truth كلمات أغنية
- madd - end of time كلمات أغنية
- ferdinand - nice كلمات أغنية
- aaryan kushwaha - dil se tu كلمات أغنية
- kuroyume - miss moonlight كلمات أغنية
- chloe hardesty - autopsie كلمات أغنية