kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tibu km - risk كلمات أغنية

Loading...

[giriş]
cahillik insanın dünyanı dar bir prizmadan görməsidir
həqiqət isə bu prizmanın kənarına aşan bir yoldur
çoxları bu dar görüşlə yaşar
həqiqəti görməzdən gələr

[bənd 1]
bu gün deyil əlamətdar
yenə yaxşı, pis əlbirdirsə
çox saxtadır ibadətlər
qəlbin, ürəyin içi kindirsə

məsələn, elə idarələr var
orada özünü idarə edə bilmirsən
(ə, qolumu sıxma)
“həqiqət var”, _ deyə bilmirsən

baryer var sonda, bilmirdim
var yer ki, heç kim bilmirdi
kuryer var: gizli “k!ller”dir
kuryer var: “narko_diler”dir

obyekt var: təmassızdır
obyekt var: əxlaqsızdır
insan var: allahsızdır
insan var: amansızdır
(aç, polis) qəsd_qərəzlik şəxsən
hər nə olur, mən şübhəli şəxsəm
alt dodağın pıçıldayır: “əhsən!”
amma əllərin məni atırdı həbsə

eyni rənglər binaları bəzəyər
eyni zənglər gizlədilən vəziyyət
eyni səylər eynən olmur xeyri
məcnun dörd divar, dubayda leyli

eyni eşidilən qulaqlara fərziyyə
yuxarıyla aşağı qura bilmir ünsiyyət
eyni elə bil hamıda maliyyə
əhaliyə pul lazım, şairə də qafiyə

vermişəm mən n qədər lazımi hesabatımı
şeytana ruhumu, lombarda saatımı
adam var ki, onun üçün verərəm mən həyatımı
qadın da var, bilirəm mən qiymətini saatının

[çıxış]
axır_əvvəl hamı satılır
hamı qaçır evdən, hamı atılır
hamı qaça bilmir, hamı tapılır
hamı dağılır, hamı batırır
axır_əvvəl axı hamı satılır
fikir deyiləndə hamı qatılır
mənə qara qüvvə edir yatırım
məni qaldırır, məni batırır

(axır_əvvəl hamı)
(hamı)
(hamı dağılır, hamı batırır)
(hamı qaça bilmir, hamı tapılır)

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...