kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tibu km - oxatan كلمات الأغنية

Loading...

[bənd]
nə qədər dirəndilər, diz çökmədik, gülürdük, qoyduq lağa
deyəsən artıq idi bəlkə də 5_ci bakal
tanımadığım taksi, kürəyimə dəyir “aka”
burda yol təkcə sola, amma biz dönək sağa

bax, bura doğma rayon _ “vasmoy”, ağır hava
enli paltar geyindiyimə görə düşmüşdü davam
və 11 illik məktəb, yadda qalan qız və “brat”lar
sevmirdim kimyanı mən, amma sevdim “ximikat”lar

bax, bura köhnə məhləm, cinayət yönlü “kruq”lar
ilk dəfə bağçanın həyətində almışdım qullam
sonra bilyard “za stol”, qumar, qara_qura
“halaldı!” dediyiniz treklər yazıldı haram pula

axı mənə razı olardı o qızın ailəsi
əgər olmasaydı rep və kobud səsim
sonra depres və sil, qırıq ürək nahiyəsi
həkim resept yazırdı “narkotikin müalicəsi”

yadımda hospital, gizlənirdim otağlarda
psixoloq danışırdı, mən baxırdım dodaqlarına
yadımda tutulmağım, səbəbi pul vahiddir
deyirlər, məhkəmədə qorx, harda hakim şahiddir
həyatım sanki qocaman biriylə yaşıd olmaq
hərbidə başa düşdüm boş şeymiş məşhur olmaq
məni 19 ay ayrı qalmaq vəsf elədi
hamınızı qoyub qırağa, özüm özümü kəşf elədim

yenə altı qaralmış gözümdə qəm oxunur
oxatan bürclü reper səhv atırmış hər oxunu
bu “loun səhnəsidir el tanımır mərd oğlunu
hər yazdığım sevgi trekində bir qız dəfn olunub

bu qədər ağır yük altında bəndə susur nədən?
biz gördük ancaq yetim, yesirə gəlsinlər hədə
kasamız dolub səbrlə zatən boş qalıb mədə
hər ana olmur müqəddəs, hər ata olmur dədə

ey mənim ulu rəbbim, talelərə bax qıraqdan
ayrı həyatdır madriddə, ayrıdır iraqda
bizim həyat da saxta xəyanət cümləsidir
içikili vəziyyətdə görürdüm məscidin günbəzini

yadıma ilk oğurluğun ehtiyac olmağı
elə ilk izahatda da yazmışdım ac olmağımı
yadımda tələbəlik, qovulduğum univer
bu cür gəncliyimi etdim mən cavanlığıma barrier

mən getsəm də, gördüm mahnılarım yadda qalır
sevdiyiniz şair kaş bilərdiniz gecə harda qalır
və yazdığınız “respect”, comment, evə gələn zərflər
və sonra yox olurdunuz, belə fanatdan gedir zəhləm
mən tüpürüb getmişdim, heyfislənmədim illərə
özün görəcəksən, mən qayıtmadım həmin yerə
məni 19 ay ayrı qalmaq vəsf elədi
hamınızı qoyub qırağa, özüm özümü kəşf elədim

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...