tibu km - badu kübə كلمات الأغنية
[bənd 1] [dn jo]
bakı, sənin çox gördüm şeirlərini
xəyanət edənlərlə bir tutuldu sevənlərin
nə sərt küləklərin qaytarmır gedənləri
nə içkili sabahların unutdurmur dünənləri
bakı, sən azad olduğum qəfəsimsən
şeir yazdım qışına, qələmi qızdırıb nəfəsimlə
ayağımın dəymədiyi neçə məhlə, neçə küçən var?
əmin ol, hamısında fırlanacam səsimlə
yazdım, illərlə düşündülər məni
bakı, bir sakinə görə aylarla eşitdilər məni
deyim bil, inciməsin deyə əsirdim bir qadının üstündə
küləklərin elə bildi üşütdülər məni
səndə öyrəndim şeiriyyatı, qəzəli
başqa əllər və başqa sahildə gəzərik
səndən kilometrlərlə uzaqlaşdım, amma
ağdənizə dəyişmədim xəzəri
(dəyişmədim xəzəri)
[nəqərat] [tier]
bakı boz şəhər, gəlmişəm xoş, şəhər
səndə dayanmadan nəğmə qoş, şəhər
küləyi toz şəhər, ürəyi boş şəhər
ilk dəfə məni qarşılayan əliboş şəhər
bakı boz şəhər, gəlmişəm xoş, şəhər
səndə dayanmadan nəğmə qoş, şəhər
küləyi toz şəhər, ürəyi boş şəhər
ilk dəfə məni qarşılayan əliboş şəhər
[bənd 2] [tefo]
bu şəhər zülmü sevir, bakıda sərtdir külək
heyranam hər gününə, həzi_dən dərnəgül_ə
hörmət puluna görə, bakı hər dərdə gülən
dörd ilə sevgi qazandım, itirdim bircə günə
beynim dumanlı, belə gözəlsən, amma
dağüstü parkda izləyirəm səni sərxoş halda
səhər nəfəs alır ciyər… və doymayanda
bakı çox gözəl, şəhərdə insanlar olmayanda
köhnə şəhərdə yeni tikililər qüsurlu
bir qız qalamız var, onun da girişi pullu
dolanaq bir təhər biz, təki vaxt çatlasın
məhləm sevir “domino 101”, nərd taxtası
tək arzum – oğlumla gəzəndə parkda
danışım “90_lar”dan, “20 yanvar” haqda
qoy qulağında oxusun məndən yaxşı repçilər
qapılar bağlanır, növbəti stansiya _ “neftçilər”
[nəqərat] [tefo]
bakı boz şəhər, gəlmişəm xoş, şəhər
səndə dayanmadan nəğmə qoş, şəhər
küləyi toz şəhər, ürəyi boş şəhər
ilk dəfə məni qarşılayan əliboş şəhər
bakı boz şəhər, gəlmişəm xoş, şəhər
səndə dayanmadan nəğmə qoş, şəhər
küləyi toz şəhər, ürəyi boş şəhər
ilk dəfə məni qarşılayan əliboş şəhər
كلمات أغنية عشوائية
- capleton - bun out the chi chi كلمات الأغنية
- jon connor - takeover كلمات الأغنية
- ianis - bac كلمات الأغنية
- al-gear - milfhunter/mach nicht diese كلمات الأغنية
- bisse - manmade morgensang كلمات الأغنية
- rulo y la contrabanda - tus cien primaveras كلمات الأغنية
- bucketape - sterve كلمات الأغنية
- datune - cette fois كلمات الأغنية
- tryhardninja - minecraft life كلمات الأغنية
- jeanne moreau - jamais je ne t’ai dit que je t’aimerai toujours كلمات الأغنية