
tacir şahmalıoğlu - əsgər məktubu كلمات أغنية
[bənd 1]
bu sabah duydum ki, nişanlanmısan
əhdini unudub yadın olmusan
bu qədər vəfasız olarmı insan?
ağlıma gəlməzdi, başıma gəldi
bu qədər vəfasız olarmı insan?
ağlıma gəlməzdi, başıma gəldi
bir əsgər qəlbini qırıb getmisən
məni kürəyimdən vurub getmisən
sevda çiçəyimi dərib getmisən
ağlıma gəlməzdi, başıma gəldi
sevda çiçəyimi dərib getmisən
ağlıma gəlməzdi, başıma gəldi
[nəqərat]
bu sabah səngərim qəmə boyandı
bu sabah gün batdı, zaman dayandı
bu sabah bir əsgər ürəyi yandı
ağlıma gəlməzdi, başıma gəldi
bu sabah səngərim qəmə boyandı
bu sabah gün batdı, zaman dayandı
bu sabah bir əsgər ürəyi yandı
ağlıma gəlməzdi, başıma gəldi
[keçid]
eh, mənim allahdan başqa üç sevdiyim vardı
anam, vətən və sən
üçünüzü qorumağa gəlmişdim əsgərliyə
əgər bu səngərdə sinəm düşmən gülləsinə tuş gəlsə idi
mən ölməzdim, şəhid olar, əbədiyyətə qovuşardım
məni sən öldürdün, sən…
[bənd 2]
sanırdım, əhdindən dönməyəcəksən
məndən başqasını sevməyəcəksən
mən elə bilirdim, gözləyəcəksən
ağlıma gəlməzdi, başıma gəldi
mən elə bilirdim, gözləyəcəksən
ağlıma gəlməzdi, başıma gəldi
bu əsgər məktubu sənə çatanda
gözucu oxuyub, cırıb atanda
göydən od yağacaq, gülüm, o anda
ağlıma gəlməzdi, başıma gəldi
göydən od yağacaq, gülüm, o anda
ağlıma gəlməzdi, başıma gəldi
[nəqərat]
bu sabah səngərim qəmə boyandı
bu sabah gün batdı, zaman dayandı
bu sabah bir əsgər ürəyi yandı
ağlıma gəlməzdi, başıma gəldi
bu sabah səngərim qəmə boyandı
bu sabah gün batdı, zaman dayandı
bu sabah bir əsgər ürəyi yandı
ağlıma gəlməzdi, başıma gəldi
كلمات أغنية عشوائية
- devin shelton - i just wanna كلمات أغنية
- windmills - ill when it's like this كلمات أغنية
- dat boy aim - shoe box كلمات أغنية
- ceza - aratekrar كلمات أغنية
- diomay كلمات أغنية
- frans bauer - bloeien de rozen niet meer كلمات أغنية
- da real gee money - jack who? كلمات أغنية
- haarchion - הארכיון - hayeled mit'orer - הילד מתעורר كلمات أغنية
- 24:7t - eyes on me كلمات أغنية
- coldman - no college كلمات أغنية