
şövkət ələkbərova - bir könül sındırmışam كلمات أغنية
[bənd 1]
mən onu dan ulduzu
nazlı şəfəq sanardım
kimə inanmasam da
bir ona inanırdım
kimə inanmasam da
bir ona inanırdım
ah…
[nəqərat]
qəbahətim böyükdür
ay ellər, dünən axşam
dünən axşam çağı…
qəbahətim böyükdür
ay ellər, dünən axşam
dünən axşam çağı
billur kimi bir ürək
bir könül sındırmışam
billur kimi bir ürək
bir könül sındırmışam
[bənd 2]
o, bir qaranquş kimi
qəlbimdə yuva qurdu
acı dilim qurusun
dilim onu uçurdu
acı dilim qurusun
dilim onu uçurdu
ah…
[nəqərat]
qəbahətim böyükdür
ay ellər, dünən axşam
dünən axşam çağı…
qəbahətim böyükdür
ay ellər, dünən axşam
dünən axşam çağı
billur kimi bir ürək
bir könül sındırmışam
billur kimi bir ürək
bir könül sındırmışam
[bənd 3]
saçlarının gül ətri
titrəyən ovucumda
intizar baxışların
ağlar yol ayrıcında
titrəyən baxışların
ağlar yol ayrıcında
ah…
[nəqərat]
qəbahətim böyükdür
ay ellər, dünən axşam
dünən axşam çağı…
qəbahətim böyükdür
ay ellər, dünən axşam
dünən axşam çağı
billur kimi bir ürək
bir könül sındırmışam
billur kimi bir ürək
bir könül sındırmışam
billur kimi bir ürək
bir könül sındırmışam
billur kimi bir ürək
bir könül sındırmışam
كلمات أغنية عشوائية
- yadiel rxman - acido كلمات أغنية
- team backpack - pdx cypher كلمات أغنية
- suicidal tendencies - all kinda crazy كلمات أغنية
- the away team - who's that كلمات أغنية
- easton corbin - someday when i'm old كلمات أغنية
- raquel sofia - nada كلمات أغنية
- mark knopfler - rear view mirror كلمات أغنية
- plume latraverse - le ramoneur كلمات أغنية
- language arts - more than amazing كلمات أغنية
- naseebo lal - sasu mangay كلمات أغنية